• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda beynəlxalq elmi konfrans keçirilir

Bakıda beynəlxalq elmi konfrans keçirilir
08.03.2024 09:25
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, G20 Dinlərarası Dialoq Forumu və Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününün 2-ci il dönümünə həsr olunan "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq elmi konfrans keçirilir.

Konfransda dünyanın 30 ölkəsindən 130-a qədər alim, beynəlxalq təşkilatların ekspertləri, din xadimləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edir.

Konfransda mövzu üzrə yerli ekspertlər, dövlət qurumlarının nümayəndələri, dini icma rəhbərləri, dövlət rəsmiləri və diplomatlar da iştirak edir.

Konfrans çərçivəsində keçiriləcək plenar iclaslara və bölmə iclaslarına aşağıdakılar daxildir:

Tolerantlığı, sülhü və insan hüquqlarına və dini müxtəlifliyə hörməti təşviq etmək üçün qlobal dialoqa çağırış, Multikulturalizm, İslam və sivilizasiyaların toqquşması nəzəriyyəsi:

İslamofobiyanın yenidən nəzərdən keçirilməsi; İctimai rəyin formalaşdırılması:

Rəqəmsal islamofobiya; Ali təhsil kontekstində islamafobiya ilə mübarizə;
Qərbi Avropada müsəlmanlara münasibətdə oxşarlıqlar və fərqlər, müsəlman icmasının əsas insan hüquqları;

Fransada müsəlmanlara qarşı siyasətlər: İslamofobiyanın normallaşdırılması; qeyri-müsəlman ölkələrində islam mədəni və dini irsinin qəsdən məhv edilməsi və təhqir edilməsi aktları; Cinsiyyətli İslamofobiyanın Matrisi Müsəlman Qadınlarının Repressiyası və Müqaviməti, Gender və Cəmiyyət.

15 mart tarixinin "İslamofobiya ilə mübarizə günü" olması ilk dəfə 2020-ci ilin 27-28 noyabrında İslam Əməkdaşlığı Təşkilatının Xarici İşlər Nazirləri Şurasının Niger Respublikasının Niamey şəhərindəki toplantısında elan olunub.

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 2022-ci ildə martın 15-ni "İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü" kimi qəbul edib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Abşeronda külək hasarı avtomobillərin üzərinə aşırıb
Cəmiyyət 22:58
Abşeronda külək hasarı avtomobillərin üzərinə aşırıb
Prezidentin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur
Cəmiyyət 22:06
Prezidentin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur
Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 m/s-dək çatıb - faktiki hava
Cəmiyyət 18:35
Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 m/s-dək çatıb - faktiki hava
Ağstafada hərbi sursat partlayıb, bir nəfər ölüb, bir nəfər yaralanıb - yenilənib
Cəmiyyət 17:54
Ağstafada hərbi sursat partlayıb, bir nəfər ölüb, bir nəfər yaralanıb - yenilənib
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Cəmiyyət 17:11
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Cəmiyyət 16:59
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Media və Yayım Şurası Fransadan idarə olunan YouTube kanalı ilə bağlı açıqlama yayıb
Cəmiyyət 16:38
Media və Yayım Şurası Fransadan idarə olunan YouTube kanalı ilə bağlı açıqlama yayıb
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 15:52
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:40
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol