• $
  • €
  • ₽
  • ₺
  • £

DGK asayişi pozan vətəndaş barədə açıqlama yayıb - VİDEO

DGK asayişi pozan vətəndaş barədə açıqlama yayıb - VİDEO
30.03.2024 17:39
Martın 29-da Abu-Dabi-Bakı aviareysi ilə gələn ölkə vətəndaşı Orxan Bayramlının fiziki təzyiqə məruz qalması barədə kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə həqiqətə uyğun olmayan məlumatlar yayımlanıb.Bu barədə Dövlət Gömrük Komitəsinin açıqlamasında bildirilir.
 
Sərnişin qismində gələn Orxan Bayramlı Heydər Əliyev Beynəlxalq Aeroportunun T2 Terminalındakı gömrük nəzarəti zonasından keçərkən ona məxsus olan əl yüklərinə rentgen qurğusunda baxış keçirilib.
 
Monitorda əks olunan görüntülərə əsasən Orxan Bayramlı əl yüklərinə baxış keçirilməsi üçün yoxlama otağına dəvət olunub və şifahi sorğu-sual zamanı əl yüklərindəki malları ölkə ərazisinə satış məqsədilə gətirdiyini bildirib. Mallara gömrük baxışı keçirilməsi ilə bağlı gömrük əməkdaşlarının qanuni göstərişlərinə əməl etməyən Orxan Bayramlı nümayişkaranə şəkildə gömrük nəzarətinin aparılmasına şərait yaratmayıb, nəticədə gömrük nəzarəti zonasında mübahisə yaradaraq nalayiq ifadələrdən istifadə edib.
 
Prosedur qaydalar barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq vətəndaş gömrük nəzarəti zonasında ictimai asayişin pozulması ilə nəticələnən bu hərəkətlərini sonlandırmayıb, üzərində olan mobil telefonun kamerası vasitəsilə videoçəkiliş etməklə qeydə alıb, görüntüləri ictimailəşdirəcəyi ilə gömrük əməkdaşlarını hədələyib və həmin videotəsvirləri təhrif olunmuş şəkildə ictimailəşdirib.
 
Daha sonra hadisə yerinə polis orqanı əməkdaşı dəvət olunub və vətəndaş barədə akt tərtib olunaraq Daxili İşlər Nazirliyini Hava Nəqliyyatında Polis İdarəsinə təhvil verilib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Abşeronda külək hasarı avtomobillərin üzərinə aşırıb
Cəmiyyət 22:58
Abşeronda külək hasarı avtomobillərin üzərinə aşırıb
Prezidentin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur
Cəmiyyət 22:06
Prezidentin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur
Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 m/s-dək çatıb - faktiki hava
Cəmiyyət 18:35
Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 m/s-dək çatıb - faktiki hava
Ağstafada hərbi sursat partlayıb, bir nəfər ölüb, bir nəfər yaralanıb - yenilənib
Cəmiyyət 17:54
Ağstafada hərbi sursat partlayıb, bir nəfər ölüb, bir nəfər yaralanıb - yenilənib
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Cəmiyyət 17:11
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Cəmiyyət 16:59
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Media və Yayım Şurası Fransadan idarə olunan YouTube kanalı ilə bağlı açıqlama yayıb
Cəmiyyət 16:38
Media və Yayım Şurası Fransadan idarə olunan YouTube kanalı ilə bağlı açıqlama yayıb
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 15:52
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:40
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol