• $
  • €
  • ₽
  • ₺
  • £

Bu gün ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçiriləcək

Bu gün ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçiriləcək
05.05.2024 08:41
Dövlət İmtahan Mərkəzi mayın 5-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirəcək.Bu barədə DİM-dən məlumat verilib.

Həftəsonu əvvəlki illərin məzunları üçün orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı, müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı, müsabiqədə buraxılış imtahanında verdiyi tədris dilindən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı, mart və aprel aylarında keçirilmiş buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin IX sinif şagirdləri üçün buraxılış imtahanı, eksternat qaydasında IX sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı və buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş əvvəlki illərin IX sinif məzunları üçün buraxılış imtahanı keçiriləcək.

İmtahanlarda iştirak edəcək şəxslər "İmtahana buraxılış vərəqəsi”ni DİM-in saytından çap edib götürə bilərlər.

İmtahanlarda 11 943 nəfərin iştirakı nəzərdə tutulur. İmtahanda 38 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edəcək. Bu şagirdlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib.

Ümumilikdə imtahanların idarə olunmasına 52 ümumi imtahan rəhbəri, 141 imtahan rəhbəri, 1 121 nəzarətçi, 160 buraxılış rejimi əməkdaşı və 52 bina nümayəndəsi ayrılıb.

İmtahanlar Bakı, Şəki, Lənkəran, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərlərində, Abşeron, Şəmkir, Bərdə, Sabirabad, Göyçay, Cəlilabad, Xaçmaz rayonlarında və Naxçıvan MR-də təşkil olunur.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Abşeronda külək hasarı avtomobillərin üzərinə aşırıb
Cəmiyyət 22:58
Abşeronda külək hasarı avtomobillərin üzərinə aşırıb
Prezidentin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur
Cəmiyyət 22:06
Prezidentin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur
Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 m/s-dək çatıb - faktiki hava
Cəmiyyət 18:35
Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 m/s-dək çatıb - faktiki hava
Ağstafada hərbi sursat partlayıb, bir nəfər ölüb, bir nəfər yaralanıb - yenilənib
Cəmiyyət 17:54
Ağstafada hərbi sursat partlayıb, bir nəfər ölüb, bir nəfər yaralanıb - yenilənib
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Cəmiyyət 17:11
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Cəmiyyət 16:59
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Media və Yayım Şurası Fransadan idarə olunan YouTube kanalı ilə bağlı açıqlama yayıb
Cəmiyyət 16:38
Media və Yayım Şurası Fransadan idarə olunan YouTube kanalı ilə bağlı açıqlama yayıb
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 15:52
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:40
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol