• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar” Azərbaycanda turizmin inkişafını dəstəkləyir

“Nar” Azərbaycanda turizmin inkişafını dəstəkləyir
05.07.2024 15:34
Ölkənin sərfəli mobil operatoru "Nar” yerli turizmin inkişafına dəstək məqsədilə Azərbaycan Turizm Agentlikləri Assosiasiyası (ATAA) ilə qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalayıb. Memorandum sərfəli şərtlərlə mobil xidmətlərə rahat çıxış təklif edərək turist təcrübəsini artırmaq məqsədi daşıyır. Əməkdaşlıq çərçivəsində "Nar” Azərbaycana gələn turistlərə xüsusi "Nar” nömrələri təqdim edəcək.
 
Memorandumun şərtlərinə əsasən, turizm sahəsində fəaliyyət göstərən agentliklər "Nar”dan bu xüsusi nömrələri sərfəli və sürətli şəkildə əldə etmək imkanından faydalanaraq turistlər üçün üstün təcrübə təmin edəcək. Müstəqil tur bələdçiləri və yerli vətəndaşlar da turistlər üçün nəzərdə tutulmuş xüsusi "Nar” nömrələrini sərfəli şərtlərlə əldə edə biləcək. Bununla turizm sahəsində çalışan agentliklər və müstəqil şəxslər xarici qonaqlarına etibarlı və sərfəli mobil xidmətlərə rahat çıxış imkanında dəstək olmaqla öz xidmətlərinə əlavə dəyər qatacaqlar.
 
"Nar” Azərbaycanın qeyri-neft sənayesinə töhfə verməklə turizm sektorunun inkişafını dəstəkləyir. Eyni zamanda mobil operator Azərbaycanın bir turizm məkanı kimi təbliğinə töhfə vermək üçün turistlərin sərfəli mobil xidmətlərə asan çıxışını təmin etmək öhdəliyinə sadiqliyini vurğulayır. "Nar”ın sərfəli şərtlərlə təklif etdiyi bütün xidmət və məhsulları haqqında ətraflı məlumat üçün nar.az saytına daxil ola bilərsiniz.
 
Hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərən "Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Cəmiyyət 13:04
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycanda noyabrın 15-dən istilik mövsümünə başlanılır
Cəmiyyət 12:06
Azərbaycanda noyabrın 15-dən istilik mövsümünə başlanılır
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - Rəsmi
Cəmiyyət 11:46
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - Rəsmi
FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib
Cəmiyyət 11:06
FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib
Faktiki hava açıqlanıb
Cəmiyyət 10:32
Faktiki hava açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol