• $
  • €
  • ₽
  • ₺
  • £

Olimpiya çempionları Azercell-in qonağı oldular

Olimpiya çempionları Azercell-in qonağı oldular
22.08.2024 10:08
Avqust ayının 21-də Azercell-in prezidenti Zərinə Zeynalova Paris Olimpiya Oyunlarında Azərbaycana qızıl medallar qazandıran cüdoçular Hidayət Heydərov və Zelim Kotsoyev ilə görüşdü. Görüş Cüdo Federasiyasının və Azercell-in nümayəndə heyətinin iştirakı ilə baş tutdu. 
"Azərbaycan yığmasının hər bir çıxışını böyük həyəcanla izləyirdik. Olimpiya Oyunlarının nəticəsi cüdoçularımızın zəhmət və əzmkarlığının bariz nümunəsi oldu. Bayrağımızı Parisdə zirvələrə qaldıraraq bu sevinc hissini bizə yaşatdığınız üçün sizə təşəkkürümüzü bildiririk. Sizinlə fəxr edirik”,- deyə Zərinə Zeynalova idmançıları təbrik etdi. 

Z. Zeynalova Azercell və Cüdo Federasiyasının əməkdaşlığı haqqında da danışdı: "Üç ilə yaxındır ki, şirkətimiz Azərbaycan Cüdo Federasiyasının məğrur tərəfdaşıdır. Cüdoçularımızın ardıcıl olaraq dünya miqyasında nüfuzlu çempionatlardan qalibiyyət ilə dönməsi bizi qürurlandırır. Sosial məsuliyyətli korporativ vətəndaş kimi bu əməkdaşlığın ölkəmizdə idmanın inkişafı ilə yanaşı, cəmiyyətin rifahının daha da yaxşılaşdırılması üçün faydalı olmasına çalışırıq.

Federasiya ilə birgə səylərimiz nəticəsində "Qızlara ağ yaraşır”, "Söz verirəm” və "Doğru yol budur” adlı layihələri həyata keçirməklə ölkəmizdə qızlar arasında sağlam həyat tərzinin təbliği, erkən nikahların qarşısının alınması, uşaq hüquqlarının qorunması, narkomaniya ilə mübarizə kimi mühüm mövzuları gündəmə gətirməyə müvəffəq olmuşuq. Bu nəticələr tərəfdaşlığımızın məhsuldarlığını bir daha sübut edir”.

Görüş çərçivəsində Olimpiadanın super çempionları Azercell-in "SuperSən” tarif paketinə abunə oldular.  Daha sonra qəhrəmanlarımızın Azercell əməkdaşları ilə  görüşü baş tutdu.

Ölkənin lider mobil operatoru idmançılarımızı, Azərbaycan Cüdo Federasiyasını və bütün Azərbaycan xalqını bir daha  ürəkdən təbrik edir! Hidayət və Zelim, səsiniz daima ən uca zirvələrdən gəlsin!



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Cəmiyyət 13:04
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycanda noyabrın 15-dən istilik mövsümünə başlanılır
Cəmiyyət 12:06
Azərbaycanda noyabrın 15-dən istilik mövsümünə başlanılır
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - Rəsmi
Cəmiyyət 11:46
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - Rəsmi
FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib
Cəmiyyət 11:06
FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib
Faktiki hava açıqlanıb
Cəmiyyət 10:32
Faktiki hava açıqlanıb
Füzulidə iki avtomobil toqquşub, 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb
Cəmiyyət 09:43
Füzulidə iki avtomobil toqquşub, 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol