• $
  • €
  • ₽
  • ₺
  • £

Ələsgər Məmmədlinin əməliyyata ehtiyacı var

Ələsgər Məmmədlinin əməliyyata ehtiyacı var
26.08.2024 15:22
İstintaq təcridxanasında saxlanılan Toplum TV-nin təsisçisi Ələsgər Məmmədlinin qalxanabənzər vəzin əməliyyatına ehtiyacı var. Bu barədə onun qardaşı Nəsimi Məmmədli avqustun 26-da onunla telefon danışığından sonra məlumat verib.

"Ələsgər bu gün zəng edib. Qalxanabənzər vəzində şiş olduğu üçün nəfəs darlığı davam edir. Müalicədə müsbət dinamika yoxdur. Çünki qalxanabənzər vəzin şişi əməliyyat yolu ilə alınmalıdır. Amma indiki şəraitdə onun həbsdə saxlanması, əməliyyatın aparılması praktiki mümkün deyil”, - Nəsimi Məmmədli bildirib.

O xatırladıb ki, iyunun 22-də Ələsgər .Məmmədli artıq müşayiət altında mülki klinikaya aparılıb və təhlükəsizlik qüvvələrinin həkimlərin hərəkətlərinə müdaxiləsi nəticəsində müayinə tam başa çatmayıb.

Eyni zamanda, Məmmədlinin ailəsi tərəfindən dəvət olunan həkimlərin müayinəyə buraxılmasına məhkəmə icazə versə də, onlar müayinəyə buraxılmayıb.

Odur ki,  Məmmədli və yaxınları hesab edirlər ki, təsisçnini əməliyyatını həyata keçirmək üçün o həbsdən azad olunmalı və öz istədiyi klinikada əməliyyat edilməlidir. 

Lakin Ələsgər Məmmədlinin barəsində heç bir istintaq hərəkəti aparılmasa da, həbsdə saxlanılır. 

Qalxanabənzər vəzinin şişi də hüquqşünasın  ümumi vəziyyətinə mənfi təsir göstərir.

"Ələsgərin qan təzyiqi daim artıb enir. O kəskin baş ağrıları və yuxusuzluqdanəziyyət əkir”, - Nəsimi Məmmədli  qeyd edib.

Hələlik penitensiar xidmətin nümayəndələri məsələyə münasibət bildirməyib.

Martın 6-8-də Tolum TV və onun tərəfdaş təşkilatı olan Demokratik Təşəbbüslər İnstitutunun 9 əməkdaşı saxlanılıb. Onlar xarici valyuta qaçaqmalçılığında ittiham olunublar. 7 nəfər həbs edilib, iki nəfər si polis nəzarətinə verilib.

Hüquq müdafiəçiləri və  beynəlxalq təşkilatlar Azərbaucan hökumətini onları azad etməyə çağırıb.
 
N.Təbrizli

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 m/s-dək çatıb - faktiki hava
Cəmiyyət 18:35
Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 m/s-dək çatıb - faktiki hava
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Cəmiyyət 17:11
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Ceyrançöldə mina partlayıb, ölən və yaralanan var
Cəmiyyət 17:09
Ceyrançöldə mina partlayıb, ölən və yaralanan var
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Cəmiyyət 16:59
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 15:52
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:40
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Cəmiyyət 14:50
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Cəmiyyət 12:48
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Cəmiyyət 12:30
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol