• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar”ın dəstəyi ilə Azərbaycan əlifbası və Azərbaycan dili günündə natiqlik çempionatının qalibləri mükafatlandırıldı

“Nar”ın dəstəyi ilə Azərbaycan əlifbası və Azərbaycan dili günündə natiqlik çempionatının qalibləri mükafatlandırıldı
01.08.2024 14:00
Ana dilimizin inkişafına töhfə vermək məqsədilə 1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günündə "Nar”ın dəstəyi ilə təşkil edilən "Diksiya Akademiyası”nın "Ana dilində hekayəni danış” natiqlik çempionatının final mərhələsi uğurla yekunlaşıb. 


Çempionatın final mərhələsinə vəsiqə qazanan 11 iştirakçı qalib gəlmək üçün səhnədə 5 dəqiqəlik çıxışlarını təqdim ediblər. "Ana dilində hekayəni danış" natiqlik çempionatının qalibi öz xüsusi nitq istedadı ilə fərqlənən Zinyət Əliyeva olub, layihədə 2-ci yerin sahibi Murad Yunusov, 3-cü yerin sahibi isə Davud Muxtarov seçilərək "Nar” tərəfindən xüsusi hədiyyələrlə mükafatlandırılıblar.

"Nar”ın Korporativ Ünsiyyət və İctimaiyyətlə Əlaqələr departamentinin direktoru Hökümə Kərimova müsabiqə qaliblərini təbrik edərək belə bildirib: "Nar” olaraq, Azərbaycan dilinin qorunması və inkişafı bizim üçün böyük əhəmiyyət kəsb edir. Dilimiz milli kimliyimizin, mədəniyyətimizin və tarixi irsimizin əsas bir hissəsidir. Azərbaycan dilindəki zəngin söz ehtiyatı və ifadə imkanları, onun nə qədər dərin və çoxşaxəli olduğunu göstərir. "Ana dilində hekayəni danış” natiqlik çempionatına verdiyimiz dəstək, bu məqsədin həyata keçirilməsinin bir nümunəsidir.

Düzgün və təsirli dil istifadəsi yalnız şəxsi ünsiyyətdə deyil, həm də professional iş mühitində çox əhəmiyyətlidir. Effektiv kommunikasiya bacarıqları, iş dünyasında qarşılıqlı anlaşmanı artırır və peşəkarlığı möhkəmləndirir. Bu cür tədbirlərdə iştirak etməklə, iştirakçılar yalnız dil bacarıqlarını inkişaf etdirməklə qalmır, həm də gələcəkdə iş həyatında uğur qazanmaq üçün lazım olan bacarıqları inkişaf etdirirlər”.

Qeyd edək ki, "Ana dilində hekayəni danış” natiqlik çempionatı dörd ildir, təşkil edilir və bu vaxta qədər müsabiqəyə 250-dən çox iştirakçı qatılıb. "Nar” ana dilimizin inkişafına təkan verən müxtəlif layihələrlə yanaşı, son iki ildir, natiqlik çempionatının keçirilməsinə də öz dəstəyini göstərir. Mobil operatorun korporativ sosial məsuliyyət sahəsində gerçəkləşdirdiyi layihələr haqqında ətraflı məlumatı nar.az səhifəsindən əldə edə bilərsiniz.


Hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərən "Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Cəmiyyət 13:04
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycanda noyabrın 15-dən istilik mövsümünə başlanılır
Cəmiyyət 12:06
Azərbaycanda noyabrın 15-dən istilik mövsümünə başlanılır
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - Rəsmi
Cəmiyyət 11:46
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - Rəsmi
FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib
Cəmiyyət 11:06
FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib
Faktiki hava açıqlanıb
Cəmiyyət 10:32
Faktiki hava açıqlanıb
Füzulidə iki avtomobil toqquşub, 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb
Cəmiyyət 09:43
Füzulidə iki avtomobil toqquşub, 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol