• $
  • €
  • ₽
  • ₺
  • £

“akart” geniş fəaliyyətə başladı!

“akart” geniş fəaliyyətə başladı!
09.10.2024 10:13
Yeni nəsil maliyyə həlli ilə nağdsız hesablaşmalar hər an, hər yerdə və hamı üçün əlçatandır!
 
Azercell-in törəmə şirkəti "A-Solutions Elektron Pul Təşkilatı” MMC "akart”ın fəaliyyət spektrini genişləndirir.  Yeni nəsil maliyyə həlli nağdsız hesablaşmalara çıxışı olmayan əhali üçün də bu xidməti hər an və hər yerdə əlçatan edir. Azercell-in qabaqcıl müştəri təcrübəsi və innovativ yanaşmasını özündə birləşdirən "akart” 18 yaşı tamam olmuş hər bir vətəndaşa tamamilə ödənişsiz təqdim edilir.
 
"akart”ın üstünlükləri:
 
Maliyyə inklüzivliyi: hər kəs üçün əlverişli və geniş yayılmış maliyyə həlləri;
İnnovativ yanaşma: sadə və təhlükəsiz rəqəmsal maliyyə əməliyyatları;
Müştəriyönümlülük: sürətli, asan və intuitiv istifadə təcrübəsi;
Tərəfdaş şəbəkəsi: geniş partnyor ekosistemi ilə hər kəsə müxtəlif ödəniş və xidmət seçimləri təklif etməklə yanaşı, keşbek qazandırır;
Giqabayt bonuslar: hər ödənişdən aylıq giqabayt əldə etmək imkanı;
"Tamamla” kredit məhsulu: balansda kifayət qədər vəsait olmadığı halda belə ödənişi həyata keçirmək  imkanı;
Təhlükəsizlik: maliyyə vəsaitləri təmassız ödənişlər (Apple Pay və Google Pay) və giriş şifrəsi, üz və barmaq izi tanıma kimi güclü təhlükəsizlik tədbirləri ilə qorunur.
 
Kartın aktivasiya prosesi çox rahatdır və cəmi bir neçə dəqiqə vaxt tələb edir. Həm IOS, həm də Android sistemlərini dəstəkləyən müştəri-yönümlü "akart” tətbiqini "AppStore” və ya  "Google Play”dən yükləmək mümkündür. Daha sonra müvafiq xanalarda şəxsiyyət vəsiqəsinin seriya nömrəsini və FİN kodunu daxil edib, "Sima” ilə sürətli autentifikasiyadan keçmək kifayət edir. Kart yalnız Azercell abunəçiləri tərəfindən sifariş edilə bilər.
 
Qeyd edək ki, "A-Solutions Elektron Pul Təşkilatı” MMC ölkənin ilk elektron pul təşkilatıdır və 23 may 2024-cü ildən etibarən AR Mərkəzi Bankının 001 nömrəli lisenziyası əsasında fəaliyyət göstərir.
 
Yeni nəsil maliyyə həllinin məqsədi nağdsız əməliyyatları vərdiş halına gətirmək  və maliyyə vəsaitlərinin təhlükəsizliyini təmin etməkdir.  
 
"akart” ilə ödənişlərin rahatlığını kəşf et: innovativ, sürətli və təhlükəsiz!
Məhsul haqqında daha ətraflı məlumat əldə etmək üçün akart səhifəsinə keçid etməyiniz xahiş olunur.
 
 
 
 
 
 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Cəmiyyət 13:04
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycanda noyabrın 15-dən istilik mövsümünə başlanılır
Cəmiyyət 12:06
Azərbaycanda noyabrın 15-dən istilik mövsümünə başlanılır
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - Rəsmi
Cəmiyyət 11:46
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - Rəsmi
FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib
Cəmiyyət 11:06
FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib
Faktiki hava açıqlanıb
Cəmiyyət 10:32
Faktiki hava açıqlanıb
Füzulidə iki avtomobil toqquşub, 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb
Cəmiyyət 09:43
Füzulidə iki avtomobil toqquşub, 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol