• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar”ın dəstəyi ilə ekologiya mövzusunda jurnalistlərə beynəlxalq təlim keçirilib

“Nar”ın dəstəyi ilə ekologiya mövzusunda jurnalistlərə beynəlxalq təlim keçirilib
05.11.2024 17:15
Ölkənin ən sərfəli mobil operatoru "Nar” sosial məsuliyyət prinsiplərinə uyğun olaraq, COP29 ərəfəsində jurnalistlər üçün ekologiya mövzusunda təlimin keçirilməsinə dəstək olub. "Azərbaycan Jurnalistlər Şəbəkəsi” İB-nin təşkilatçılığı ilə COP29 konfransına hazırlıq məqsədilə keçirilən bu təlimdə yerli peşəkar jurnalistlər iştirak edib.


Təlimi iqlim mövzusu üzrə beynəlxalq təcrübəli ekspert və COP konfranslarının daimi iştirakçısı Tais Gadea Lara aparıb. O, iqlim mövzusunda çoxsaylı beynəlxalq tədbirlərdə iştirakı ilə əldə etdiyi bilik və təcrübəni bölüşərək jurnalistlərə ekologiya mövzusunda məlumat toplama və araşdırma üsullarını təqdim edib.


Peşəkar təlimçi media əməkdaşlarına qlobal istiləşmə, iqlim dəyişikliyi ilə mübarizə istiqamətində effektiv layihələrin hazırlanması və onların büdcəsinin düzgün idarə olunmasının əhəmiyyəti barədə geniş məlumat verib. Jurnalistlər iqlim dəyişikliyi ilə bağlı mövzuların mediada işıqlandırılması üçün yeni biliklər və peşəkar yanaşmalar əldə ediblər.


"Nar” bu layihəyə dəstək verərək ekologiya mövzusu üzrə maarifləndirmə və iqlim dəyişiklikləri ilə mübarizədə medianın rolunu gücləndirməyə töhfə verir. Layihə həm də şirkətin ESG (Ətraf mühit, Sosial məsuliyyət və Korporativ idarəetmə) prinsiplərinə uyğun fəaliyyətini və COP29-un məqsədlərinə dəstəyini göstərir.


Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən "Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Cəmiyyət 13:04
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycanda noyabrın 15-dən istilik mövsümünə başlanılır
Cəmiyyət 12:06
Azərbaycanda noyabrın 15-dən istilik mövsümünə başlanılır
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - Rəsmi
Cəmiyyət 11:46
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - Rəsmi
FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib
Cəmiyyət 11:06
FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib
Faktiki hava açıqlanıb
Cəmiyyət 10:32
Faktiki hava açıqlanıb
Füzulidə iki avtomobil toqquşub, 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb
Cəmiyyət 09:43
Füzulidə iki avtomobil toqquşub, 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol