• $
  • €
  • ₽
  • ₺
  • £

Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb
11.12.2024 13:12
Azərbaycanın bəzi yerlərində dekabrın 12-də arabir yağış yağacağı, dağlıq ərazilərə qar yağacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.


Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Mülayim cənub-qərb küləyi səhər arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.


Havanın temperaturu gecə 6-9° isti, gündüz 9-11° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq.

Sabah Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi, lakin 12-si gündüz qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.


Havanın temperaturu gecə 3-7° isti, gündüz 11-16° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Cəmiyyət 17:11
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Ceyrançöldə mina partlayıb, ölən və yaralanan var
Cəmiyyət 17:09
Ceyrançöldə mina partlayıb, ölən və yaralanan var
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Cəmiyyət 16:59
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 15:52
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:40
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Cəmiyyət 14:50
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Cəmiyyət 12:48
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Cəmiyyət 12:30
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol