• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell-in “Təhlükəsiz internet” layihəsi rəqəmsal təhlükəsizliyi gücləndirir

Azercell-in “Təhlükəsiz internet” layihəsi rəqəmsal təhlükəsizliyi gücləndirir
18.01.2025 12:36
Lider mobil operator şagird və valideynləri virtual məkanda təhlükəsiz davranış qaydaları ilə tanış edir

Azercell uşaqların virtual məkanda təhlükəsizliyini təmin etmək və rəqəmsal savadlılığı artırmaq məqsədilə ölkə üzrə "Təhlükəsiz İnternet” mövzusunda təlimlərini davam etdirir. Bu dəfə layihə Quba, Xızı, Sumqayıt və Mingəçevir şəhərlərində keçirilib.

İnternetdə təhlükəsiz davranış qaydalarının aşılanmasına yönələn bu təşəbbüs çərçivəsində 320 şagird və 50 valideyn onlayn təhdidlər və təhlükələrlə mübarizə üsulları barədə maarifləndirilib. Təlim proqramı aşağıdakı vacib mövzuları əhatə edib:

Virtual tanışlıqların təhlükəsizlik baxımından yoxlanılması;
Şəxsi məlumatların sosial şəbəkələrdə qorunması;
Şəxsi məlumat tələb edən müsabiqələrdə iştirakın riskləri;
Onlayn fırıldaqçıların və cinayətkarların əsas hiylələri;
Trollinq, kiberbullinq və ya qeyri-münasib onlayn davranış halları ilə mübarizə üsulları.
Təlimlər "GİD CSR Consulting” tərəfindən sertifikatlaşdırılmış beynəlxalq təhlükəsizlik məktəbinin proqramı əsasında keçirilib və bu da proqramın beynəlxalq standartlara uyğunluğunu təmin edib.
Qeyd edək ki, Azercell 2016-cı ildən etibarən internet təhlükəsizliyi mövzusunda maarifləndirmə layihələri təşkil edir. Şirkətin bu təşəbbüsü uşaq və valideynlərin onlayn məkanda daha təhlükəsiz davranış vərdişləri qazanmalarına əhəmiyyətli töhfə verir. Bu illər ərzində layihə müxtəlif yaş qruplarından 1500-dən çox internet istifadəçisini əhatə edib.
 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Cəmiyyət 13:04
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycanda noyabrın 15-dən istilik mövsümünə başlanılır
Cəmiyyət 12:06
Azərbaycanda noyabrın 15-dən istilik mövsümünə başlanılır
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - Rəsmi
Cəmiyyət 11:46
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - Rəsmi
FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib
Cəmiyyət 11:06
FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib
Faktiki hava açıqlanıb
Cəmiyyət 10:32
Faktiki hava açıqlanıb
Füzulidə iki avtomobil toqquşub, 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb
Cəmiyyət 09:43
Füzulidə iki avtomobil toqquşub, 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol