• $
  • €
  • ₽
  • ₺
  • £

Sabahın havası açıqlanıb - Yağış gözlənilir

Sabahın havası açıqlanıb - Yağış gözlənilir
15.05.2025 12:34

Bakıda və Abşeron yarımadasında mayın 16-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.  Bu barədə  Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, mayın 15-dən 16-na keçən gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 13-16° isti, gündüz 17-20° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-60 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşam yağıntılar əksər rayonlarda tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 12-15° isti, gündüz 20-24° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-10° isti olacaq.

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kirayə mənzil fonduna daha 91 mənzil əlavə olunub
Cəmiyyət 12:48
Kirayə mənzil fonduna daha 91 mənzil əlavə olunub
Yevlax sakinləri 25 metrlik yolu keçmək üçün 8-10 kilometr yol qət edirlər
Cəmiyyət 12:07
Yevlax sakinləri 25 metrlik yolu keçmək üçün 8-10 kilometr yol qət edirlər
Deputat Hövsan və Yeni Suraxanıda infrastrukturun yenilənməsini təklif edib
Cəmiyyət 11:52
Deputat Hövsan və Yeni Suraxanıda infrastrukturun yenilənməsini təklif edib
Bakıda 8 aylıq hamilə qadın ölüb
Cəmiyyət 11:44
Bakıda 8 aylıq hamilə qadın ölüb
İrandan Azərbaycana 50 kq narkotik keçirilməsinin qarşısı alınıb
Cəmiyyət 11:28
İrandan Azərbaycana 50 kq narkotik keçirilməsinin qarşısı alınıb
Deputat kiçik sahibkarlar üçün yeni bazar dəstəyi proqramı istəyir
Cəmiyyət 11:17
Deputat kiçik sahibkarlar üçün yeni bazar dəstəyi proqramı istəyir
Gürcüstandan 74 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:41
Gürcüstandan 74 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Azərbaycanda yol qəzalarında 500 nəfər ölüb
Cəmiyyət 10:39
Azərbaycanda yol qəzalarında 500 nəfər ölüb
Cinayətdə şübhəli bilinən 41 nəfər saxlanılıb
Cəmiyyət 10:22
Cinayətdə şübhəli bilinən 41 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol