• $
  • €
  • ₽
  • ₺
  • £

Özünü plastik cərrah kimi təqdim edən Nihad Aslanova görə hüquq-mühafizə orqanlarına müraciət ediləcək

Özünü plastik cərrah kimi təqdim edən Nihad Aslanova görə hüquq-mühafizə orqanlarına müraciət ediləcək
05.06.2025 16:51

Səhiyyə Nazirliyinin “Analitik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsinə bundan əvvəl də daxil olmuş vətəndaş müraciəti əsasında “Mayomed” özəl tibb müəssisəsində tibb təhsili olmayan Nihad Aslanov tərəfindən göstərilən kosmetoloji tibbi xidmətlə bağlı araşdırma aparılıb.

Bu barədə  AEM-dən məlumat verilib.

Bildirilib ki, klinika inzibati qaydada məsuliyyətə cəlb olunub. Aparılan yoxlama nəticəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokollar tərtib edilib və cərimələr tətbiq olunub. Daha sonra klinika tərəfindən Nihad Aslanovun həmin müəssisədə əmək fəaliyyətində olmadığı barədə rəsmi məlumat təqdim edilib.

Yeni yayılan videogörüntülərdə əks olunan qanun pozuntusu və Nihad Aslanov barəsində müvafiq qaydada hüquq-mühafizə orqanlarına müraciət ediləcək.

iddiaya görə, özünü plastik cərrah kimi təqdim edən Nihad Aslanov Bakıda yerləşən “MayoMed” klinikasında çalışır, amma onun tibb sahəsi üzrə heç bir təhsili yoxdur.

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yevlax sakinləri 25 metrlik yolu keçmək üçün 8-10 kilometr yol qət edirlər
Cəmiyyət 12:07
Yevlax sakinləri 25 metrlik yolu keçmək üçün 8-10 kilometr yol qət edirlər
Deputat Hövsan və Yeni Suraxanıda infrastrukturun yenilənməsini təklif edib
Cəmiyyət 11:52
Deputat Hövsan və Yeni Suraxanıda infrastrukturun yenilənməsini təklif edib
Bakıda 8 aylıq hamilə qadın ölüb
Cəmiyyət 11:44
Bakıda 8 aylıq hamilə qadın ölüb
İrandan Azərbaycana 50 kq narkotik keçirilməsinin qarşısı alınıb
Cəmiyyət 11:28
İrandan Azərbaycana 50 kq narkotik keçirilməsinin qarşısı alınıb
Deputat kiçik sahibkarlar üçün yeni bazar dəstəyi proqramı istəyir
Cəmiyyət 11:17
Deputat kiçik sahibkarlar üçün yeni bazar dəstəyi proqramı istəyir
Gürcüstandan 74 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:41
Gürcüstandan 74 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Azərbaycanda yol qəzalarında 500 nəfər ölüb
Cəmiyyət 10:39
Azərbaycanda yol qəzalarında 500 nəfər ölüb
Cinayətdə şübhəli bilinən 41 nəfər saxlanılıb
Cəmiyyət 10:22
Cinayətdə şübhəli bilinən 41 nəfər saxlanılıb
Kürdəmirdə maşınlar toqquşub, 4 nəfər xəsarət alıb
Cəmiyyət 22:39
Kürdəmirdə maşınlar toqquşub, 4 nəfər xəsarət alıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol