• $
  • €
  • ₽
  • ₺
  • £

Bakcell media nümayəndələri üçün Qarabağa səfər təşkil etdi

Bakcell media nümayəndələri üçün Qarabağa səfər təşkil etdi
13.10.2025 15:37

İnnovasiya lideri Bakcell media nümayəndələri ilə birlikdə Qarabağa səfər edib. Bakcell tərəfindən təşkil edilən “İnnovasiyaların Qarabağda tətbiqi” adlı iki günlük tədbir çərçivəsində innovasiya və süni intellektin Qarabağın bərpası, dövlət-özəl tərəfdaşlığı, təhsil ekosistemi, həmçinin media sahəsinin inkişafındakı rolu vurğulanıb.

Tədbirdə Bakcell-in baş icraçı direktoru Klaus Müller çıxış edərək Qarabağın gələcəyində innovasiyaların strateji əhəmiyyətini vurğulayıb: “Qarabağ Azərbaycanın gələcəyi və milli qürurunun simvoludur. Bakcell olaraq biz innovasiyaları bu torpağın inkişafı və yenilənməsi üçün aparıcı vasitə kimi görürük. Qarabağın bərpasında süni intellekt və rəqəmsal həllərin tətbiqi regionun sabahını formalaşdıracaq,” – deyə Klaus Müller qeyd edib.

Tədbir çərçivəsində Bakcell-in İctimaiyyətlə əlaqələr və korporativ kommunikasiyalar üzrə direktoru Aysel Süleymanovanın moderatorluğu ilə panel müzakirəsi keçirilib. Müzakirədə Bakcell-in marketinq direktoru Elxan Sadıqzadə, Qarabağ Universitetinin elm və innovasiyalar üzrə prorektoru Fariz Əhmədov, Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin sədri Ayaz Mirzəyev və əməkdar jurnalist, ASAN Radio və ASAN TV-nin direktoru Emin Musavi iştirak ediblər.

Paneldə “İnnovasiyaların Qarabağda tətbiqi və mediada innovasiyaların rolu” mövzusu ətrafında fikir mübadiləsi aparılıb. Qarabağda innovativ yanaşmaların tətbiqi, regionun sosial-iqtisadi inkişafında rəqəmsal texnologiyaların əhəmiyyəti, süni intellektin biznes, media və cəmiyyətə təsiri təqdim olunub. Həmçinin, rəqəmsal transformasiyanın potensialı və Qarabağ üçün perspektiv innovativ həllər diqqət mərkəzində olub.

Səfərin ikinci günü “Süni intellekt və innovasiya” mövzusunda təlim və vörkşopla davam edib. Sessiya zamanı media mühitində süni intellektin tətbiqi, yaradıcı sənayelərdə rəqəmsal trendlər və innovativ yanaşmalar müzakirə olunub.

Səfərin sonunda iştirakçılar Şuşa və Xankəndinin əsas tarixi məkanlarını ziyarət edərək, şəhərlərin müasir inkişaf tempi və unikal atmosferi ilə yaxından tanış olublar.

Bakcell-in Qarabağa bu səfəri şirkətin innovasiyaya və milli inkişaf dəyərlərinə əsaslanan strateji yanaşmasının göstəricisidir. Bu təşəbbüs Azərbaycanın innovasiya ekosisteminin inkişafı istiqamətində atılan növbəti addımdır.

 

Bakcell haqqında

 

Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.

 

Bakcell müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

 

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Cəmiyyət 13:04
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycanda noyabrın 15-dən istilik mövsümünə başlanılır
Cəmiyyət 12:06
Azərbaycanda noyabrın 15-dən istilik mövsümünə başlanılır
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - Rəsmi
Cəmiyyət 11:46
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - Rəsmi
FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib
Cəmiyyət 11:06
FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib
Faktiki hava açıqlanıb
Cəmiyyət 10:32
Faktiki hava açıqlanıb
Füzulidə iki avtomobil toqquşub, 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb
Cəmiyyət 09:43
Füzulidə iki avtomobil toqquşub, 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
Cəmiyyət 21:45
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol