• $
  • €
  • ₽
  • ₺
  • £

Cəzaçəkmə müəssisələrində İİV-profilaktikası ilə bağlı maarifləndirmə tədbirləri həyata keçirilib

Cəzaçəkmə müəssisələrində İİV-profilaktikası ilə bağlı maarifləndirmə tədbirləri həyata keçirilib
28.11.2025 17:38

“Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Cəzaçəkmə müəssisələrində İİV-QİÇS-li məhkumlara psixo-sosial dəstək və risk qrupları arasında İİV-profilaktikası” layihəsini həyata keçirmişdir. Layihə cəzaçəkmə müəssislərində məhkumlar arasında İİV/QİÇS haqqında maarifləndirmə və İVV/QİÇS-lə münasibətdə yüksək riskli  şəxslərə sosial-psixoloji dəstəyin göstərilməsindən bəhs edir. Layihənin məqsədi cəzaçəkmə müəssisələrində İİV/QİÇS-in profilaktikası və həmin şəxslərə psixo-sosial dəstək xidmətlərinin göstərilməsidir.

İnsanın immuniteti ilə əlaqəli olan "insan immunçatışmamazlığı virusunun yayılması hazırda aktual problemdir. Belə ki, virus hər il artmaqdadır. İnfeksiyon xəstəliklərin insanların sıx yerləşdiyi ərazilərdə geniş yayılması üçün şərait əlverişli olur. İİV/QİÇS qanla, cinsi yolla və anadan uşağa yolları ilə yoluxur. Virusun yeganə mənbəyi məhz insandır. Məlumatlılıq səviyyəsinin yüksək olması virusun da bir də yoluxma yollarının qarşısını alır. Ani bir diqqətsizlik virusun ötürülməsinə səbəb ola bilər. Ölkəmizdə daha çox inyeksion narkotik arasında yayılan virus sonu ölümlə nəticələnən xəstəliklərə səbəb olur.

 Cəzaçəkmə müəssisələrində olan məhkumların infeksion xəstəliklər haqda məlumatsızlığı da qeyd edilən virusların artmasına səbəb olur. Habelə onların cəzaçəkmə müəssisələrini tərk etdikdən sonra sosial adaptasiya problemləri də, yaranır. Qeyd edilən problemlərin həllində vətəndaş cəmiyyəti institutları və dövlət qurumlarının əməkdaşlığı məqsədəmüvafiqdir. “Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi Şura cəzaçəkmə müəssisələrində maarifləndirmə yönümlü müxtəlif layihələr həyata keçirmişdir. Təcrübəyə əsasən İİV/QİÇS-lə münasibətdə yüksək riskli şəxslərə davamlı psixo-sosial yardım göstərilmədikdə və onlar arasında maarifləndirmə aparılmadıqda yoluxma sayı artır. Məhz  layihə vasitəsilə cəzaçəkmə müəssisələrində İİV/QİÇS-lə bağlı maarifləndirməni və yüksək İVV/QİÇS riskində olan məhkumlara psixo-sosial dəstək xidmətlərinin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Layihə çərçivəsində penitensiar xidmətin cəzaçəkmə müəssisələrində maarifləndirmə tədbirləri həyata keçirilmişdir. Tədbirlər vasitəsilə İİV/QİÇS, onun yaratdığı problemlər, infeksiyon xəstəliklər, cəzaçəkmə müəssisələrini tərk etmiş şəxslərin sosial adaptasiyası haqda məlumatlar verilmişdir. Görüşlər zamanı ilkin psixo-sosial yardım, tibbi xidmətlər üzrə maarifləndirmə də baş tutmuşdur.

 

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezidentin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur
Cəmiyyət 22:06
Prezidentin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur
Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 m/s-dək çatıb - faktiki hava
Cəmiyyət 18:35
Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 m/s-dək çatıb - faktiki hava
Ağstafada hərbi sursat partlayıb, bir nəfər ölüb, bir nəfər yaralanıb - yenilənib
Cəmiyyət 17:54
Ağstafada hərbi sursat partlayıb, bir nəfər ölüb, bir nəfər yaralanıb - yenilənib
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Cəmiyyət 17:11
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Cəmiyyət 16:59
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 15:52
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:40
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Cəmiyyət 14:50
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Cəmiyyət 12:48
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol