• $
  • €
  • ₽
  • ₺
  • £

Xəzər sahilində yenidən ölü suitilər aşkar edilib

Xəzər sahilində yenidən ölü suitilər aşkar edilib
02.12.2025 23:27

Xəzər dənizinin sahilində 320-dən çox suiti cəsədi tapılıb.Bu barədə "TASS" xəbər verir.

"Sulak çayının mənsəbindən Terek çayına qədər 322 suiti cəsədi aşkar edilib", - deyən mənbə aşkar edilən ölü heyvanların sayının arta biləcəyini qeyd edib.

Bundan əvvəl Dağıstan Təbii Sərvətlər Nazirliyinin teleqram kanalı xəbər verib ki, nazirliyə suitilərin ölümü ilə bağlı xəbərlər daxil olmağa başlayıb.Mütəxəssislər sahil zolağında yerində araşdırmaya başlayıblar.

Nazirlik qeyd edib ki, Xəzər suitilərinin tələfi hər il məməlilərin miqrasiya dövründə baş verir. Alimlər hesab edirlər ki, bu hadisənin əsas səbəbi seysmik aktivliklə bağlı olan dəniz dibindən təbii qazın ayrıldığı ərazilərdən keçərkən heyvanların boğulmasıdır.

Xəzər suitisi və ya nerpası Xəzər dənizində yaşayan yeganə məməli heyvandır. 2008-ci ildə Beynəlxalq Təbiəti Mühafizə Birliyi onu təhlükə altında olan heyvanlar siyahısına daxil edib.

Noyabrın əvvəlində Xəzərin Qazaxıstan sahillərində 200-ə yaxın Xəzər suitisinin cəsədi aşkar edilib.

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ceyrançöldə mina partlayıb, ölən və yaralanan var
Cəmiyyət 17:09
Ceyrançöldə mina partlayıb, ölən və yaralanan var
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Cəmiyyət 16:59
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 15:52
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:40
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Cəmiyyət 14:50
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Cəmiyyət 12:48
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Cəmiyyət 12:30
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol