• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda çoxmərtəbəli binada yanğın - Ölənlər var

Bakıda çoxmərtəbəli binada yanğın - Ölənlər var
05.12.2025 08:13

Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Qobu Park-1” yaşayış kompleksində çoxmərtəbəli binada yanğın baş verib, azı dörd nəfər həyatını itirib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Nazirliyin məlumatına görə, yanğın doqquzmərtəbəli binanın yeddinci mərtəbəsindəki ikiotaqlı mənzildə baş verib və yanğının digər mənzillərə keçməsinin qarşısı qısa müddətdə alınıb. Hadisə zamanı mənzilin mətbəx və dəhliz hissələri ümumilikdə 13 kvadratmetr sahədə yanıb.

Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətləri ilə yanaşı, təcili yardım briqadaları və polis əməkdaşları cəlb olunub. Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə edilib.

Əvvəlki məlumatlarda hadisə şahidlərinin ehtimallarına əsasən beş nəfərin — o cümlədən iki uşağın — öldüyü bildirilirdi. Rəsmi məlumat ölənlərin sayını dörd nəfər kimi təsdiqləyib. Yaralılarla bağlı məlumat açıqlanmayıb.

Yanğının səbəbi araşdırılır.

 

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezidentin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur
Cəmiyyət 22:06
Prezidentin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur
Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 m/s-dək çatıb - faktiki hava
Cəmiyyət 18:35
Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 m/s-dək çatıb - faktiki hava
Ağstafada hərbi sursat partlayıb, bir nəfər ölüb, bir nəfər yaralanıb - yenilənib
Cəmiyyət 17:54
Ağstafada hərbi sursat partlayıb, bir nəfər ölüb, bir nəfər yaralanıb - yenilənib
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Cəmiyyət 17:11
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Cəmiyyət 16:59
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 15:52
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:40
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Cəmiyyət 14:50
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Cəmiyyət 12:48
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol