• $
  • €
  • ₽
  • ₺
  • £

Karbon emissiyaların 5%-i səhiyyə sistemi tərəfindən yaradılır - Deputat

Karbon emissiyaların 5%-i səhiyyə sistemi tərəfindən yaradılır - Deputat
08.12.2025 17:19

Dünyada karbon emissiyalarının təxminən 5 faizinin səhiyyə sistemi tərəfindən yaradıldığını bildirən Milli Məclisin deputatı Rəşad Mahmudov süni intellektin (Sİ) səhiyyədə həm ekoloji yükü azaltmaq, həm də xəstəliklərin həlli prosesini sürətləndirmək üçün böyük potensiala malik olduğunu deyib.

Parlamentdə keçirilən “İqlim dəyişikliyi ilə mübarizədə süni intellektin rolu” mövzusunda keçirilən elmi-praktik konfransda çıxışında Mahmudov qeyd edib ki, Sİ artıq qlobal səviyyədə tibbi qərarların, diaqnostikanın və xəstəlik proqnozlarının əsas komponentinə çevrilir.

Deputatın sözlərinə görə, Sİ-nin istifadəsi qanunvericiliklə tənzimlənməli, risklər – xüsusilə yanlış və ya qeyri-dəqiq məlumatların generasiyası – nəzərə alınmalıdır.

“Bu texnologiyadan qaçış yolumuz yoxdur. Lakin onun tətbiqi həm məsuliyyətli şəkildə tənzimlənməli, həm də səhv informasiya risklərini idarə edə biləcək mexanizmlər yaradılmalıdır”, – Mahmudov vurğulayıb.

Gülnar Nazimqızı 

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezidentin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur
Cəmiyyət 22:06
Prezidentin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur
Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 m/s-dək çatıb - faktiki hava
Cəmiyyət 18:35
Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 m/s-dək çatıb - faktiki hava
Ağstafada hərbi sursat partlayıb, bir nəfər ölüb, bir nəfər yaralanıb - yenilənib
Cəmiyyət 17:54
Ağstafada hərbi sursat partlayıb, bir nəfər ölüb, bir nəfər yaralanıb - yenilənib
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Cəmiyyət 17:11
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Cəmiyyət 16:59
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 15:52
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:40
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Cəmiyyət 14:50
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Cəmiyyət 12:48
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol