• $
  • €
  • ₽
  • ₺
  • £

Qurumlar rəqəmsal texnologiya ilə Süni intellekti səhv salır - Akademik

Qurumlar rəqəmsal texnologiya ilə Süni intellekti səhv salır - Akademik
08.12.2025 17:51

Ölkədə süni intelektin (Sİ) real tətbiqi üçün ən vacib şərt geniş və keyfiyyətli data bazalarının formalaşdırılmasıdır. Bunu akademik Adil Qəribov  parlamentdə  Milli Məclisin Təbbi ehtiyatlar, energetika və ekologiya komitəsinin “İqlim dəyişikliyi ilə mübarizədə süni intellektin rolu” mövzusunda keçirilən elmi-praktik konfransda bildirib.

Onun sözlərinə görə, hazırda bir çox qurumlar rəqəmsal texnologiyalarla süni intellekti səhvən eyniləşdirir və bu, yanaşmanın effektivliyini azaldır.

Konfransda çıxış edən Qəribov qeyd edib ki, Sİ-yə keçidin hər bir qurum üzrə ayrıca iş xəritəsi olmalıdır, çünki “istənilən rəqəmsallaşma süni intellekt demək deyil”.

AMEA rəsmisi həmçinin bildirib ki, Azərbaycanda kənd təsərrüfatında quraqlaşma ilə bağlı açıq informasiya çatışmazlığı mövcuddur, halbuki belə məlumatlar Sİ modellərinin inkişafı üçün vacibdir.

Onun sözlərinə görə, Akademiyanın müxtəlif institutlarında son 30 ildə nüvə enerjisi, karbon emissiyaları və digər sahələr üzrə geniş tədqiqatlar aparılıb və yaxın illərdə İKT mütəxəssisləri ilə əməkdaşlıq nəticəsində daha əhatəli elmi məhsullar təqdim ediləcək.

Gülnar Nazimqızı 

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezidentin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur
Cəmiyyət 22:06
Prezidentin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur
Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 m/s-dək çatıb - faktiki hava
Cəmiyyət 18:35
Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 m/s-dək çatıb - faktiki hava
Ağstafada hərbi sursat partlayıb, bir nəfər ölüb, bir nəfər yaralanıb - yenilənib
Cəmiyyət 17:54
Ağstafada hərbi sursat partlayıb, bir nəfər ölüb, bir nəfər yaralanıb - yenilənib
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Cəmiyyət 17:11
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Cəmiyyət 16:59
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 15:52
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:40
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Cəmiyyət 14:50
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Cəmiyyət 12:48
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol