• $
  • €
  • ₽
  • ₺
  • £

3600-dən çox məktəb təmir edilib və ya yenidən inşa olunub- Kənan Kərimzadə

3600-dən çox məktəb təmir edilib və ya yenidən inşa olunub- Kənan Kərimzadə
09.12.2025 10:24

3600-dən çox məktəb təmir edilib və ya yenidən inşa olunub. Bunu Elm və Təhsil nazirinin müavini Kənan Kərimzadə deyib.

O bildirib ki, ölkədə həyata keçirilən genişmiqyaslı təhsil proqramları çərçivəsində son illərdə 3600-dən çox məktəb binası yenidən inşa olunub və ya əsaslı təmir edilib.

"Bu proses nəticəsində 1,3 milyondan çox şagirdin təlim-tədris şəraiti yaxşılaşdırılıb. Təhsil sisteminin gücləndirilməsi üçün mühüm strateji sənədlər qəbul olunub, təhsil xərclərinin həm dövlət büdcəsindəki, həm də ÜDM-dəki payı artan dinamika ilə davam edir. Məzmun islahatları çərçivəsində yeni yanaşmalar artıq 300 mindən çox şagirdi əhatə edir. Rəqəmsal bacarıqlar layihəsi üzrə yaradılan platformadan isə 500 mindən çox şagird istifadə edir. Bundan əlavə, 400-dən çox məktəbdə müasir metodikalar, 2000-dən çox təhsil müəssisəsində isə yenilənmiş tədris resursları tətbiq olunmağa başlayıb",-nazir müavini dekabrln 9- da Bakıda keçirilən Ümumi təhsildə keyfiyyətin yüksəldilməsi: təcrübələr və yeni yanaşmalar mövzusunda keçirlən tədbirdə deyib.

O əlavə edib ki, son illər müəllimlərin peşəkar inkişafı da diqqət mərkəzindədir. Belə ki, 80 mindən çox müəllim müxtəlif təlim və tətbiqat proqramlarına cəlb olunub.

"Attestasiya prosesinin nəticələrinə əsasən, müəllimlərin bir hissəsinin əməkhaqqı 35%, bəzi kateqoriyalar üzrə isə 10–60% arasında artırılıb. bütün fəaliyyətlərin məqsədi təhsilin inkişafını sürətləndirmək, ölkədə daha keyfiyyətli, müasir və əlçatan təhsil mühiti formalaşdırmaqdı",- o vurğulauıb. 
 

Aytac Zeynalova

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezidentin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur
Cəmiyyət 22:06
Prezidentin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur
Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 m/s-dək çatıb - faktiki hava
Cəmiyyət 18:35
Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 m/s-dək çatıb - faktiki hava
Ağstafada hərbi sursat partlayıb, bir nəfər ölüb, bir nəfər yaralanıb - yenilənib
Cəmiyyət 17:54
Ağstafada hərbi sursat partlayıb, bir nəfər ölüb, bir nəfər yaralanıb - yenilənib
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Cəmiyyət 17:11
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Cəmiyyət 16:59
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 15:52
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:40
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Cəmiyyət 14:50
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Cəmiyyət 12:48
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol