• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan və Türkiyə HDQ nümayəndələri Bakıda görüşüb

Azərbaycan və Türkiyə HDQ nümayəndələri Bakıda görüşüb
11.12.2025 11:45

Türkiyə Hərbi Dəniz Qüvvələrinin (HDQ) Naviqasiya Hidroqrafiya və Okeanoqrafiya İdarəsinin nümayəndə heyəti Azərbaycana səfər edib.

Müdafiə Nazirliyindən  verilən xəbərə görə, Azərbaycan HDQ-nin qərargahında keçirilən görüş zamanı yeni nəsil elektron naviqasiya məlumatlarının hazırlanması, beynəlxalq standartların tətbiqi və təcrübə mübadiləsi ilə bağlı məsələlər müzakirə olunub.

Səfər proqramı çərçivəsində Türkiyə nümayəndə heyəti Azərbaycan HDQ-sinin Hidroqrafiya İdarəsinin mütəxəssisləri ilə hidroqrafik məlumatların toplanması və emalı, S-101 ENC xəritələrinin hazırlanması, eləcə də S-100 çərçivəsində rəqəmsal naviqasiya sistemlərinin inkişafı mövzularında fikir mübadiləsi aparıb, təcrübələrini bölüşüblər.

Tərəflər bu kimi görüşlərin Azərbaycan və Türkiyə arasındakı mövcud əməkdaşlığın daha da dərinləşdirilməsinə, iki ölkə arasında hidroqrafiya, naviqasiya və okeanoqrafiya sahələrində birgə fəaliyyət imkanlarının genişləndirilməsinə mühüm töhfə verdiyini qeyd ediblər.

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 m/s-dək çatıb - faktiki hava
Cəmiyyət 18:35
Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 m/s-dək çatıb - faktiki hava
Ağstafada hərbi sursat partlayıb, bir nəfər ölüb, bir nəfər yaralanıb - yenilənib
Cəmiyyət 17:54
Ağstafada hərbi sursat partlayıb, bir nəfər ölüb, bir nəfər yaralanıb - yenilənib
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Cəmiyyət 17:11
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Cəmiyyət 16:59
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 15:52
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:40
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Cəmiyyət 14:50
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Cəmiyyət 12:48
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Cəmiyyət 12:30
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol