• $
  • €
  • ₽
  • ₺
  • £

Yekun konfrans keçirildi- Fotolar

Yekun konfrans keçirildi- Fotolar
15.12.2025 17:54

Dekabrın 15-də Medianın İnkişafı Agentliyi, Gənclər Fondu və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Milli Mətbuat 150 - Rəqəmsal erada gənclər və media savadlılığı” layihəsinin yekun konfransı keçirilib.

Konfransda çıxış edən “Regional İnkişaf” İctimai Birliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Murad Qasımlı rəqəmsal mühitdə informasiyanın düzgün dəyərləndirilməsinin və məsuliyyətli istifadəsinin gənclər üçün mühüm bacarıqlardan biri olduğunu bildirib. 

Onun sözlərinə görə, layihə regionlardan olan gənclərin media savadlılığı üzrə biliklərinin artırılmasına və onların informasiya mühitində daha məqsədyönlü mövqe tutmasına xidmət edir.

Medianın İnkişafı Agentliyinin Mediaya dəstək layihələri və strateji planlaşdırma şöbəsinin müdiri Mehriban Məmmədova qeyd edib ki, müasir informasiya mühitində etibarlı məlumat məkanının formalaşdırılması media savadlılığının gücləndirilməsindən keçir.

O vurğulayıb ki, Agentlik gənclərin tənqidi düşünmə və informasiyanı düzgün təhliletmə bacarıqlarının inkişafını daim diqqət mərkəzində saxlayır.

Azərbaycan Respublikasının Gənclər Fondunun Proqram və layihələrin icra olunması şöbəsinin müdiri vəzifəsini icra edən Bənövşə Qasımova isə gənclərin informasiya proseslərində fəal iştirakının əhəmiyyətinə toxunaraq bildirib ki, bu cür təşəbbüslər onların rəqəmsal bacarıqlarının inkişafına, eləcə də dezinformasiya ilə mübarizədə daha hazırlıqlı olmalarına mühüm töhfə verir.

Tədbir zamanı “Milli Mətbuat 150 - Rəqəmsal erada gənclər və media savadlılığı” layihəsi çərçivəsində regionlarda keçirilmiş təlimlərdən görüntüləri əks etdirən videoçarx nümayiş olunub, regional təlimlərdə iştirak etmiş gəncin çıxışı dinlənilib.

İTV-nin aparıcısı Azər Süleymanlı isə media savadlılığı, informasiya etibarlılığı və jurnalistikanın müasir çağırışları mövzusunda çıxış edərək gənclərlə interaktiv müzakirələr aparıb, gənclərin iştirakı ilə “Etibarlı / Saxta” mövzusunda interaktiv oyun təşkil olunub.
Bakı şəhərindən və regionlardan olan ümumilikdə 100 gəncin iştirak etdiyi konfransda “Media savadlılığı nədir?” mövzusunda qrup işi və təqdimatlar həyata keçirilib.

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 m/s-dək çatıb - faktiki hava
Cəmiyyət 18:35
Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 m/s-dək çatıb - faktiki hava
Ağstafada hərbi sursat partlayıb, bir nəfər ölüb, bir nəfər yaralanıb - yenilənib
Cəmiyyət 17:54
Ağstafada hərbi sursat partlayıb, bir nəfər ölüb, bir nəfər yaralanıb - yenilənib
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Cəmiyyət 17:11
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Cəmiyyət 16:59
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 15:52
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:40
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Cəmiyyət 14:50
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Cəmiyyət 12:48
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Cəmiyyət 12:30
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol