• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Ermənistana neft məhsullarının ixracına başlayır/Yenilənib

Azərbaycan Ermənistana neft məhsullarının ixracına başlayır/Yenilənib
18.12.2025 13:55

Prezident İlham Əliyevin qərarı ilə oktyabr ayında Azərbaycandan Ermənistana yüklərin tranziti ilə bağlı işğaldan bəri mövcud olan məhdudiyyətlərin aradan qaldırılmasından sonra qonşu ölkəyə yük göndərişi davam edir.

Bu çərçivədə, dekabrın 18-də Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən ilk dəfə olaraq yerli mənşəli neft məhsulunun Ermənistana tədarükü həyata keçirilib.

SOCAR-a məxsus 22 vaqona yüklənmiş 1 220 ton Aİ-95 markalı avtomobil benzini “Azərbaycan Dəmir Yolları” QSC-nin yük qatarı ilə Bakı Yük Stansiyasından Böyük Kəsik stansiyası istiqamətində yola salınıb. Yük Gürcüstan ərazisindən tranzit keçməklə Ermənistana çatdırılacaq.

 

11:46

Azərbaycanla Ermənistan arasında sülh gündəliyinə uyğun olaraq, dekabrın 18-də Azərbaycandan Ermənistana neft məhsullarının ixracına start verilib.

APA-nın məlumatına görə, noyabrın 28-də Qəbələdə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan arasında əldə edilmiş razılaşmaya əsasən, SOCAR tərəfindən istehsal olunmuş Aİ-95 markalı 22 vaqon benzin bu gün yola salınıb.

Azərbaycanın neft məhsullarının ixracı kommersiya xarakteri daşıyır və beynəlxalq bazar qiymətlərinə uyğun həyata keçiriləcək. Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan bildirib ki, gələcək əməliyyatlar özəl ixracatçılar və idxalçılar arasında bazar əsaslı şərtlərlə aparılacaq.

Qeyd olunur ki, bu, tərəflər arasında enerji sahəsində ilk rəsmi danışıqlardan biridir və gələcək əməkdaşlıq bazar prinsiplərinə uyğun olaraq davam etdiriləcək.

Gülnar Nazimqızı 

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 m/s-dək çatıb - faktiki hava
Cəmiyyət 18:35
Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 m/s-dək çatıb - faktiki hava
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Cəmiyyət 17:11
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Ceyrançöldə mina partlayıb, ölən və yaralanan var
Cəmiyyət 17:09
Ceyrançöldə mina partlayıb, ölən və yaralanan var
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Cəmiyyət 16:59
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 15:52
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:40
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Cəmiyyət 14:50
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Cəmiyyət 12:48
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Cəmiyyət 12:30
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol