• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda əmək müqavilələrinin sayı 2018–2025-ci illərdə 45% artıb – nazir

Azərbaycanda əmək müqavilələrinin sayı 2018–2025-ci illərdə 45% artıb – nazir
18.12.2025 15:58

2018–2025-ci illər ərzində Azərbaycanda əmək müqavilələrinin sayı 45% və ya 595 min vahid artıb və bu artımın 92%-i özəl sektorun payına düşüb. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev bildirib.

Nazirin sözlərinə görə, qeyd olunan dövrdə əməkhaqqı fondu 3,2 dəfə artıb. Qeyri-dövlət sektoru üzrə əməkhaqqı fondunda artım daha yüksək olub və 3,6 dəfə yüksəlib.

Anar Əliyev vurğulayıb ki, əhalinin aktiv məşğulluğunun təmin edilməsi məqsədilə Prezidentin müvafiq Sərəncamı ilə təsdiqlənmiş “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası” uzunmüddətli dövlət məşğulluq siyasətinin əsasını təşkil edir və əmək bazarının müasir çağırışlarına uyğun islahatları nəzərdə tutur.

Nazir bildirib ki, islahatların başlandığı dövrdən etibarən 2,1 milyondan çox şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub. Onlardan 823 min nəfər işlə təmin edilib, 82 peşə istiqaməti üzrə 54 mindən çox şəxs peşə hazırlığına cəlb olunub, 111 min nəfər isə özünüməşğulluq proqramından yararlanıb.

Bundan əlavə, bu müddət ərzində 1,2 milyon nəfərə peşəyönümlü məsləhət xidmətləri göstərilib. Rəsmilər bu göstəriciləri əmək bazarında leqallaşmanın və özəl sektorun rolunun artmasının göstəricisi kimi qiymətləndirirlər.

Gülnar Nazimqızı 

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 m/s-dək çatıb - faktiki hava
Cəmiyyət 18:35
Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 m/s-dək çatıb - faktiki hava
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Cəmiyyət 17:11
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Ceyrançöldə mina partlayıb, ölən və yaralanan var
Cəmiyyət 17:09
Ceyrançöldə mina partlayıb, ölən və yaralanan var
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Cəmiyyət 16:59
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 15:52
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:40
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Cəmiyyət 14:50
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Cəmiyyət 12:48
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Cəmiyyət 12:30
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol