• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda “Kənddən Şəhərə” Yeni il yarmarkası start götürür

Bakıda “Kənddən Şəhərə” Yeni il yarmarkası start götürür
19.12.2025 09:30

Sabahdan etibarən Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqrar Tədarük və Təchizat” ASC-nin təşkilatçılığı ilə sayca 8-ci “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayır. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramına həsr olunan yarmarka dekabrın 30-dək, 10 gün davam edəcək.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, yarmarkanın məqsədi kiçik və orta fermer təsərrüfatlarında istehsal olunan məhsulların bazara çıxışını genişləndirmək, fermerlər üçün alternativ satış imkanları yaratmaq və bayram ərəfəsində şəhər sakinlərini yerli, keyfiyyətli və münasib qiymətli məhsullarla təmin etməkdir.

Yarmarkada ölkənin 35 regionundan 80-ə yaxın fermer iştirak edir. Onlar 140-dan artıq məhsul çeşidini birbaşa istehsalçıdan alıcıya təqdim edirlər. Satışa çıxarılan məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edir. Vətəndaşlar məhsullarla bağlı şübhə yarandıqda, yarmarkada fəaliyyət göstərən Səyyar Qida Laboratoriyasında analiz etdirə bilərlər.

Nazirlik bildirir ki, fermerlər yarmarkada satış üçün yer, piştaxta, tərəzi və digər zəruri avadanlıqlarla ödənişsiz təmin olunub.

Yarmarka Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi 5 ünvanında — “Gənclik” metro stansiyasının çıxışında, Atatürk parkının qarşısında təşkil olunub.

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 m/s-dək çatıb - faktiki hava
Cəmiyyət 18:35
Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 m/s-dək çatıb - faktiki hava
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Cəmiyyət 17:11
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Ceyrançöldə mina partlayıb, ölən və yaralanan var
Cəmiyyət 17:09
Ceyrançöldə mina partlayıb, ölən və yaralanan var
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Cəmiyyət 16:59
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 15:52
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:40
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Cəmiyyət 14:50
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Cəmiyyət 12:48
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Cəmiyyət 12:30
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol