• $
  • €
  • ₽
  • ₺
  • £

Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illiyinə həsr olunan konqresin iştirakçılarına müraciət ünvanlayıb

Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illiyinə həsr olunan konqresin iştirakçılarına müraciət ünvanlayıb
19.12.2025 10:42

Azərbaycan Prezidenti İlham Əliyev Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktiki konqresin iştirakçılarına müraciət göndərib. 

Dövlət başçısı müraciətində bildirib ki, mötəbər beynəlxalq tibb qurumlarını təmsil edən alim və mütəxəssislərin iştirakı ilə keçirilən konqres tibb elmi və səhiyyənin aktual məsələlərinin müzakirəsi baxımından mühüm əhəmiyyət daşıyır. Əliyev beynəlxalq təcrübədən qarşılıqlı faydalanmağa əsaslanan müzakirələrin səmərəli olacağına əminliyini ifadə edib.

Prezident qeyd edib ki, Azərbaycanda səhiyyə sistemi yeni inkişaf mərhələsinə qədəm qoyub, tibb müəssisələri müasir standartlara uyğun yenilənir, elm və təcrübənin vəhdətində aparılan araşdırmalar təşviq olunur. Bu prosesdə Həkimləri Təkmilləşdirmə İnstitutunun xüsusi rolu olduğu vurğulanıb.

İlham Əliyev institutun 90 illik tarixində zəngin elmi-pedaqoji ənənələr formalaşdırdığını, yüksək ixtisaslı kadr hazırlığı və beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində nüfuzlu mərkəzə çevrildiyini bildirib.

Prezidentin sözlərinə görə, konqres azərbaycanlı və xarici mütəxəssislər arasında əməkdaşlığın güclənməsinə, tibbi xidmətin keyfiyyətinin yüksəldilməsinə və tibb elminin inkişafına töhfə verəcək.

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 m/s-dək çatıb - faktiki hava
Cəmiyyət 18:35
Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 m/s-dək çatıb - faktiki hava
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Cəmiyyət 17:11
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Ceyrançöldə mina partlayıb, ölən və yaralanan var
Cəmiyyət 17:09
Ceyrançöldə mina partlayıb, ölən və yaralanan var
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Cəmiyyət 16:59
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 15:52
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:40
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Cəmiyyət 14:50
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Cəmiyyət 12:48
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Cəmiyyət 12:30
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol