• $
  • €
  • ₽
  • ₺
  • £

Ötmə qaydalarının pozulması 11 ayda 470 ağır yol qəzasına səbəb olub – BDYPİ

Ötmə qaydalarının pozulması 11 ayda 470 ağır yol qəzasına səbəb olub – BDYPİ
19.12.2025 11:17

Bu ilin 11 ayı ərzində Azərbaycanda qarşıdan gələn nəqliyyat vasitələrinin hərəkət zolağına çıxma və ötmə qaydalarının pozulması nəticəsində ölüm və xəsarətlə nəticələnən 470 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.

BDYPİ bildirib ki, statistik göstəricilər ağır nəticəli yol qəzalarının əsas səbəbləri arasında ötmə və manevretmə qaydalarının pozulmasının xüsusi yer tutduğunu göstərir. Quruma görə, qarşı hərəkət zolağına düşünülməmiş şəkildə çıxmaq, yolun görünüş məsafəsini və hərəkət intensivliyini düzgün qiymətləndirməmək, tələskənlik və sürücünün özünə həddindən artıq güvənməsi ciddi fəsadlara yol açır.

Açıqlamada vurğulanıb ki, bu cür qayda pozuntuları əks istiqamətdə hərəkət edən avtomobillərlə toqquşma, nəqliyyat vasitəsinin aşması və digər yol hərəkəti iştirakçılarının həyat və sağlamlığı üçün birbaşa təhlükə yaradır.

BDYPİ sürücüləri ötmə və manevretmə zamanı qarşıdan gələn nəqliyyat vasitəsinə olan məsafəni düzgün qiymətləndirməyə, yol və hava şəraitini nəzərə almağa, sükan arxasında səbir və məsuliyyət nümayiş etdirməyə çağırıb.

Aytac 

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 m/s-dək çatıb - faktiki hava
Cəmiyyət 18:35
Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 m/s-dək çatıb - faktiki hava
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Cəmiyyət 17:11
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Ceyrançöldə mina partlayıb, ölən və yaralanan var
Cəmiyyət 17:09
Ceyrançöldə mina partlayıb, ölən və yaralanan var
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Cəmiyyət 16:59
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 15:52
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:40
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Cəmiyyət 14:50
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Cəmiyyət 12:48
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Cəmiyyət 12:30
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol