• $
  • €
  • ₽
  • ₺
  • £

Prezidentin sərəncamı 75 min ailəni əhatə edəcək - Rəsmi

Prezidentin sərəncamı 75 min ailəni əhatə edəcək - Rəsmi
22.12.2025 13:55

Prezident İlham Əliyevin Sərəncamına əsasən, 2025-ci il dekabrın 30-na ünvanlı sosial yardım alan 76 min ailə (335 200 nəfər) hər birinə 200 manat məbləğində birdəfəlik maddi yardım alacaq. Yardım bayram ərəfəsində ailələrin maddi təminatına dəstək məqsədini daşıyır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yardımı ünvanlı sosial yardım alan ailələrin hesablarına köçürəcək. Sərəncamın icrası üçün dövlət büdcəsindən Nazirlik üçün 15,3 milyon manat vəsait ayrılıb.

Ünvanlı sosial yardım proqramı aztəminatlı ailələrin sosial müdafiəsində mühüm rol oynayır. 2018-2025-ci illər ərzində hər ailəyə düşən orta aylıq yardım 2,4 dəfə artaraq 425 manata çatıb.

Ehtiyac meyarı isə 2,2 dəfə artırılaraq 285 manata yüksəlib və növbəti ildə 300 manata çatdırılması planlaşdırılır.

Nazirlər Kabineti və Maliyyə Nazirliyi Sərəncamdan irəli gələn məsələlərin həllinə cavabdehdir.

Gülnar 

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 m/s-dək çatıb - faktiki hava
Cəmiyyət 18:35
Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 m/s-dək çatıb - faktiki hava
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Cəmiyyət 17:11
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Ceyrançöldə mina partlayıb, ölən və yaralanan var
Cəmiyyət 17:09
Ceyrançöldə mina partlayıb, ölən və yaralanan var
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Cəmiyyət 16:59
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 15:52
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:40
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Cəmiyyət 14:50
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Cəmiyyət 12:48
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Cəmiyyət 12:30
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol