• $
  • €
  • ₽
  • ₺
  • £

"Meydan TV" işi üzrə növbəti məhkəmə prosesi keçirilib

"Meydan TV" işi üzrə növbəti məhkəmə prosesi keçirilib
22.12.2025 18:50

Bakı Ağır Cinayətlər Məhkəməsndə Meydan TV-nin baş redaktoru Aynur Qəmbərova, jurnalistlər Natiq Cavadlı, Aytac Tapdıq, Aysel Umudova, Ülviyyə Quliyeva, Xəyalə Ağayeva, Ramin Cəbrayılzadə, həmçinin müstəqil jurnalist Nurlan Qəhrəman, “Arqument.az” saytının rəhbəri Şəmşad Ağayev, foto-müxbir Əhməd Muxtarın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Məhkəmə hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilib.

Ülviyyə  Quliyeva və Aysel Umudova vəkili Rövşanə Rəhimli vəsatət qaldıraraq, bildirib ki, əgər azad mətbuatdan danışırıqsa, jurnalistlərin məhkəmə zalına girişinə icazə verilməlidir. Videomateriallar hazırlanmalıdır. Vəkil həmçinin sübutların qiymətləndirilməsi sənədləri təqdim olunmasını tələb edib. Hakim Aytən Əliyeva isə sənədlərin elektron fomada olmadığını, ancaq PDF formasına çevirib götürə biləcklərini vurğulayıb.

Ülviyyə Quliyeva əməliyyatına aid olan diskin verilməsini, telefonlarının yaddaşında olan materialların verilməsi üçün vəsatət qalırıb. Vəsatətə baxılacağı vurğulanıb.

Aynur Qənbərova pensiya kartının verilməsini istəyib.

"Bununla bağlı ərizə də yazmışam. Yaxın günlərdə veriləcəyi deyilsə də, verilmir. 13 aydır ki, pensiya kartımdakı pulu əldə edə bilmirəm. Kartlar istintaq altındadır. Həmçinin itimin görüşə gətirilməsini istəyirəm",- Qənbərova bildirib.

Hakim Aytən Əliyeva isə bununla bağlı sorğu göndərəcəyini bildirdi. Ev heyvanı ilə bağlı məsələyə isə icazənin olmadığını bildirdi.

Növbəti məhkəmə prosesi yanvarın 16-na təyin edilib.

2024-cü ilin dekabrında "Meydan TV" əməkdaşları – Ramin Cəbrayılzadə (Ramin Deko), Aynur Qəmbərova (Elgünəş), Aytac Əhmədova (Tapdıq), Aysel Umudova, Xəyalə Ağayeva, Natiq Cavadlı və Ülvi Tahirov saxlanılıblar.

Daha sonra isə 2025-ci ilin fevralın fevralın 5-də “Arqument.az” saytının rəhbəri Şəmşad Ağayev (Şəmşad Ağa) “Meydan TV işi” üzrə şübhəli şəxs qismində saxlanılıb.

Fevralın 20-də Nurlan Qəhrəmanlı (Libre), fevralın 28-də Fatimə Mövlamlı, mayın 7-də isə Ülviyyə Əli saxlanılıblar.

Daxili İşlər Nazirliyinin yaydığı məlumatda adıçəkilən şəxslərin ölkəyə qanunsuz xarici valyuta gətirməklə bağlı daxil olan məlumat əsasında saxlanıldıqları bildirilib.

Onlara Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham verilib.

Mühakimə olunan şəxslərin hər biri ittihamları qəbul etmir, onlar özlərini təqsirli bilməyiblər.

Aytac Zeynalova

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 m/s-dək çatıb - faktiki hava
Cəmiyyət 18:35
Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 m/s-dək çatıb - faktiki hava
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Cəmiyyət 17:11
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Ceyrançöldə mina partlayıb, ölən və yaralanan var
Cəmiyyət 17:09
Ceyrançöldə mina partlayıb, ölən və yaralanan var
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Cəmiyyət 16:59
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 15:52
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:40
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Cəmiyyət 14:50
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Cəmiyyət 12:48
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Cəmiyyət 12:30
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol