• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan səhiyyəsində kibertəhlükəsizliyi gücləndirmək üçün SOC mərkəzi yaradılıb

Azərbaycan səhiyyəsində kibertəhlükəsizliyi gücləndirmək üçün SOC mərkəzi yaradılıb
29.12.2025 10:11

Azərbaycan səhiyyə sistemində rəqəmsallaşmanın təhlükəsizliyini təmin etmək məqsədilə yeni Təhlükəsizlik Əməliyyatları Mərkəzi (SOC) yaradılıb. Bu barədə Səhiyyə Nazirliyindən bildirilib. 

SOC mərkəzi 24/7 fasiləsiz rejimdə çalışaraq tibbi informasiya sistemlərinin, pasiyent məlumatlarının və rəqəmsal səhiyyə xidmətlərinin kibertəhlükəsizliyinə nəzarət edəcək.

Proaktiv monitorinq, kiberhücumların və informasiya təhlükəsizliyi insidentlərinin erkən aşkarlanması və operativ qarşısının alınması əsas prioritetlər sırasındadır.

Mərkəzin vəzifələrinə tibbi məlumatların konfidensiallığının və bütövlüyünün qorunması, tibb müəssisələrinin fəaliyyətini poza biləcək kiberhücumların qarşısının alınması, Səhiyyə Nazirliyinin tabeliyində olan informasiya sistemlərinin mərkəzləşdirilmiş monitorinqi və insidentlərə sürətli reaksiya mexanizmlərinin tətbiqi daxildir.

Bildirilir ki, SOC çərçivəsində Data Loss Prevention (DLP) və Identity & Access Management (IAM) kimi müasir təhlükəsizlik həllərinin tətbiqi yekunlaşma mərhələsindədir və milyonlarla pasiyentin məlumatı gücləndirilmiş nəzarət altında saxlanılır.

Nazirlik vurğulayır ki, səhiyyə sahəsində məlumat təhlükəsizliyi vətəndaşların etimadı və milli təhlükəsizlik baxımından mühüm əhəmiyyət daşıyır və yeni SOC mərkəzi ölkənin səhiyyə sisteminin kiberdavamlılığını əhəmiyyətli dərəcədə artıracaq.

Aytac 

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 m/s-dək çatıb - faktiki hava
Cəmiyyət 18:35
Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 m/s-dək çatıb - faktiki hava
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Cəmiyyət 17:11
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Ceyrançöldə mina partlayıb, ölən və yaralanan var
Cəmiyyət 17:09
Ceyrançöldə mina partlayıb, ölən və yaralanan var
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Cəmiyyət 16:59
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 15:52
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:40
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Cəmiyyət 14:50
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Cəmiyyət 12:48
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Cəmiyyət 12:30
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol