• $
  • €
  • ₽
  • ₺
  • £

Nazir:Olimpiya Komplekslərinin təmiri və üzmə layihələri davam edir

Nazir:Olimpiya Komplekslərinin təmiri və üzmə layihələri davam edir
29.12.2025 11:17

Demək olar ki, bütün rayonlarda Olimpiya İdman Kompleksləri fəaliyyət göstərir. Bunu Gənclər və idman naziri Fərid Qayıbov report-a müsahibəsində bildirib. 

Nazir qeyd edib ki, bu komplekslərin bəziləri uzun illər əvvəl tikilib və müasir standartlara uyğun əsaslı təmirə ehtiyac duyur.

“III MDB Oyunları bu təmir işləri üçün yaxşı fürsət oldu. Bir çox komplekslər əsaslı şəkildə yeniləndi. Növbəti illərdə mərhələli şəkildə digər komplekslərin təmiri də davam edəcək,” —  nazir əlavə edib.

Hovuzların bütün Olimpiya Komplekslərində işlədiyini bildirən F.Qayıbov qeyd edib ki, qış aylarında əhali hovuzlara az gəlir və bunun üçün intensiv təşviqat işləri aparılır.

Nazir üzgüçülük sahəsində iki əsas layihədən də danışıb.

"Birincisi, yaxınlarda keçirilən tədbirdə Azərbaycanın bütün hovuzlarında eyni gündə üzgüçülük seansları təşkil olunub. Bu layihə peşəkarlar üçün deyil, idmanı sevənlər üçün nəzərdə tutulub və qardaş Türkiyədən də iştirakçılar qatılıb. İkinci layihə isə məktəblərdə 4 həftəlik üzmə proqramını əhatə edir. Bu proqramla uşaqlar düzgün üzməyi öyrənirlər. Məqsədimiz bir neçə ildən sonra Azərbaycan məktəblilərinin üzmə bacarıqlarını artırmaqdır. İlk mərhələdə bunu ən azı 20 faizə çatdırmağı hədəfləyirik,” — Qayıbov vurğulayıb.

Nazir həmçinin Elm və Təhsil Nazirliyinə dəstəyi üçün təşəkkürünü bildirib.

Gülnar 

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 m/s-dək çatıb - faktiki hava
Cəmiyyət 18:35
Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 m/s-dək çatıb - faktiki hava
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Cəmiyyət 17:11
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Ceyrançöldə mina partlayıb, ölən və yaralanan var
Cəmiyyət 17:09
Ceyrançöldə mina partlayıb, ölən və yaralanan var
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Cəmiyyət 16:59
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 15:52
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:40
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Cəmiyyət 14:50
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Cəmiyyət 12:48
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Cəmiyyət 12:30
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol