• $
  • €
  • ₽
  • ₺
  • £

Baş Prokurorluq: Azərbaycan vətəndaşlarının Rusiya-Ukrayna müharibəsində iştirakı cinayət hesab olunur

Baş Prokurorluq: Azərbaycan vətəndaşlarının Rusiya-Ukrayna müharibəsində iştirakı cinayət hesab olunur
29.12.2025 13:29

Baş Prokurorluq xəbərdarlıq edib ki, Rusiya-Ukrayna müharibəsində və digər silahlı münaqişələrdə iştirak edən Azərbaycan vətəndaşlarının fəaliyyəti milli qanunvericiliyə görə cinayət sayılır.

Prokurorluq bildirib ki, döyüşlərdə həlak olan, yaralanan və ya əsir düşən vətəndaşlarımız var və dövlət hüquqi məsuliyyət prinsipinə əsasən bu cür fəaliyyətlə məşğul olan şəxslərə qarşı barışmaz mövqe nümayiş etdirir.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə görə, muzdluluq – yəni maddi mükafat qarşılığında xarici silahlı münaqişələrdə iştirak – 8 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası ilə nəticələnə bilər. Qanunsuz silahlı birləşmələrdə iştirak da cinayət hesab olunur.

Baş Prokurorluq qeyd edib ki, artıq bir neçə vətəndaş barəsində cinayət işləri başlanılıb, bəzi işlər üzrə məhkəmələr uzunmüddətli azadlıqdan məhrum etmə cəzaları tətbiq edib, digərləri üzrə isə ibtidai istintaq davam edir.

Vətəndaşlara çağırış edilib ki, qanunsuz çağırışlara uymamaq, milli maraqları uca tutmaq və Azərbaycan qanunlarına hörmətlə yanaşmaq lazımdır.

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 m/s-dək çatıb - faktiki hava
Cəmiyyət 18:35
Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 m/s-dək çatıb - faktiki hava
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Cəmiyyət 17:11
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Ceyrançöldə mina partlayıb, ölən və yaralanan var
Cəmiyyət 17:09
Ceyrançöldə mina partlayıb, ölən və yaralanan var
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Cəmiyyət 16:59
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 15:52
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:40
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Cəmiyyət 14:50
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Cəmiyyət 12:48
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Cəmiyyət 12:30
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol