• $
  • €
  • ₽
  • ₺
  • £

Daha 5 istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib

Daha 5 istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
29.12.2025 18:07

Azərbaycanda daha bir neçə istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib.Bu barədə AYNA-dan məlumat verilib.

Bildirilib ki, Gəncə – Qazax, Qazax – Gəncə şəhərlərarası, Füzuli kəndi (Samux) – Gəncə (Dəmiryol vağzalı) istiqamətində, eləcə də 76 nömrəli şəhərdaxili və 78 nömrəli şəhərətrafı avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib.

Gəncə – Qazax marşrutları üzrə fiziki şəxslər Quliyev Rəşad Məmməd oğlu və Cəfərov Samir Vaqif oğlu, Qazax-Gəncə marşrutları üzrə fiziki şəxslər Musayev Rüfət Nəriman oğlu və Cəfərov Samir Vaqif oğlu, Füzuli kəndi (Samux) – Gəncə (Dəmiryol vağzalı) marşrutu üzrə fiziki şəxs Əsgərov Taleh Qafar oğlu, 76 nömrəli şəhərdaxili (Bakıxanov qəsəbəsi – metronun "Neftçilər" stansiyası) və 78 nömrəli şəhərətrafı (Bakıxanov qəsəbəsi – Azər Manafov küçəsi) marşrutları üzrə hüquqi şəxs "General Auto Company" qalib elan olunublar.

Müsabiqə "Avtomobil nəqliyyatı haqqında" Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası"na uyğun təşkil olunur.

Marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 m/s-dək çatıb - faktiki hava
Cəmiyyət 18:35
Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 m/s-dək çatıb - faktiki hava
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Cəmiyyət 17:11
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Ceyrançöldə mina partlayıb, ölən və yaralanan var
Cəmiyyət 17:09
Ceyrançöldə mina partlayıb, ölən və yaralanan var
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Cəmiyyət 16:59
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 15:52
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:40
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Cəmiyyət 14:50
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Cəmiyyət 12:48
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Cəmiyyət 12:30
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol