• $
  • €
  • ₽
  • ₺
  • £

200 manatlıq birdəfəlik yardım ödənilib

200 manatlıq birdəfəlik yardım ödənilib
30.12.2025 11:09

Prezident İlham Əliyevin Sərəncamına əsasən, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə 2025-ci il 30 dekabr tarixinə ünvanlı sosial yardım alan hər ailəyə 200 manat birdəfəlik maddi yardım ödənilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) yardımları müvafiq ailələrin hesablarına köçürüb. Yardım ümumilikdə 76 103 ailəni, yəni 337 932 nəfər ailə üzvünü əhatə edib.

Bundan əvvəl DSMF dekabr ayında sosial ödənişləri mərhələli şəkildə həyata keçirib: Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə pensiyalar dekabrın 10-da, digər bölgələrdə pensiyaçı və güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin dekabr ayı pensiyaları dekabrın 19-da, müavinət, təqaüd və ünvanlı sosial yardımlar isə dekabrın 25-də ödənilib. Fond bildirib ki, dekabr ayı üzrə bütün sosial ödənişlər artıq başa çatdırılıb.

Aytac

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 m/s-dək çatıb - faktiki hava
Cəmiyyət 18:35
Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 m/s-dək çatıb - faktiki hava
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Cəmiyyət 17:11
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Ceyrançöldə mina partlayıb, ölən və yaralanan var
Cəmiyyət 17:09
Ceyrançöldə mina partlayıb, ölən və yaralanan var
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Cəmiyyət 16:59
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 15:52
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:40
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Cəmiyyət 14:50
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Cəmiyyət 12:48
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Cəmiyyət 12:30
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol