• $
  • €
  • ₽
  • ₺
  • £

Leyla Əliyevanın təşəbbüsü ilə Bakı Zooloji Parkında uşaqlar üçün bayram tədbiri təşkil olunub

Leyla Əliyevanın təşəbbüsü ilə Bakı Zooloji Parkında uşaqlar üçün bayram tədbiri təşkil olunub
31.12.2025 15:10

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə aztəminatlı ailələrdən olan uşaqlar üçün Bakı Zooloji Parkında bayram tədbiri təşkil olunub.

IDEA İctimai Birliyindən bildirilib ki, tədbir çərçivəsində Abşeron, Nizami və Qaradağ rayonlarında yaşayan aztəminatlı ailələrdən olan uşaqlar üçün xüsusi bayram proqram hazırlanıb. Hər rayondan 50 nəfər olmaqla, ümumilikdə 150 uşaq tədbirdə iştirak edib.

Zooloji Parkın azyaşlı ziyarətçiləri gəzinti zamanı buradakı müxtəlif heyvan növləri ilə yaxından tanış olublar. Zooloji Parkın bələdçiləri uşaqlara heyvanların həyat tərzi, yaşayış mühiti və bəslənməsi barədə ətraflı məlumat veriblər.

Eyni zamanda bəzi heyvan və quş növlərinin təbiətə buraxılması, onların təbii mühitə uyğunlaşdırılması prosesi barədə uşaqlara yaş səviyyələrinə uyğun şəkildə məlumatlar təqdim edilib. Xüsusi vurğulanıb ki, Bakı Zooloji Parkı yalnız heyvanların saxlanıldığı məkan deyil, həm də fauna müxtəlifliyinin qorunması, xüsusilə ölkəmizdə nəsli kəsilmək təhlükəsi altında olan heyvan və quş növlərinin artırılması və yenidən vəhşi təbiətə qaytarılması istiqamətində mühüm fəaliyyət həyata keçirən mərkəzdir. Maarifləndirici gəzinti uşaqlarda böyük maraq doğurub, onların təbiətə və heyvanlara münasibətinin formalaşmasına, ekoloji düşüncənin aşılanmasına xidmət edib.

Sonda uşaqlar üçün əyləncə və nahar proqramı təşkil olunub.

Leyla Əliyevanın təşəbbüsü ilə həm ölkəmizin müxtəlif regionlarında, həm də dünyanın bir sıra ölkələrində humanitar, təhsil, səhiyyə, sosial, ekoloji və digər sahələri əhatə edən genişmiqyaslı layihələr mütəmadi olaraq həyata keçirilir. Xüsusilə bayram günlərində uşaq evlərində, internat müəssisələrində, eləcə də müalicə və qayğıya ehtiyacı olan uşaqlar üçün bayram tədbirlərinin təşkili bu təşəbbüslərin əsas istiqamətlərindən biridir. Himayədən məhrum olmuş, qayğıya daha çox ehtiyac duyan uşaqların sevindirilməsi, onların bayram ab-havasını hiss etmələri məqsədilə bu cür tədbirlər mütəmadi olaraq təşkil olunur.

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 m/s-dək çatıb - faktiki hava
Cəmiyyət 18:35
Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 m/s-dək çatıb - faktiki hava
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Cəmiyyət 17:11
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Ceyrançöldə mina partlayıb, ölən və yaralanan var
Cəmiyyət 17:09
Ceyrançöldə mina partlayıb, ölən və yaralanan var
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Cəmiyyət 16:59
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 15:52
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:40
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Cəmiyyət 14:50
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Cəmiyyət 12:48
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Cəmiyyət 12:30
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol