• $
  • €
  • ₽
  • ₺
  • £

Bu gündən sığortalıların cərimələrindən toplanan vəsaitin 43 faizi işçilərə xərclənəcək

Bu gündən sığortalıların cərimələrindən toplanan vəsaitin 43 faizi işçilərə xərclənəcək
01.01.2026 20:30

Prezident İlham Əliyev istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri ilə bağlı icbari sığorta haqqında qanuna dəyişiklikləri təsdiqləyib. Dəyişikliklərə əsasən, dövlət orqanlarında, bələdiyyələrdə, dövlət payının nəzarət zərfinə malik olduğu qurumlarda, publik hüquqi şəxslərdə və büdcə təşkilatlarında çalışanlar, həmçinin istehsalat təcrübəsi keçən tələbə və şagirdlər, könüllülər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumda icbari sığortalanacaq.

Digər sığortalılar, o cümlədən fərdi sahibkarlar və özəl sektorda çalışanlar yerli hüquqi şəxslər vasitəsilə sığortalanacaq. Sığorta ödənişlərinin məbləği və verilmə qaydası, eləcə də uçot mexanizmi müvafiq qurum tərəfindən müəyyən ediləcək.

Sığorta vəsaitləri sığorta haqları, depozit gəlirləri və digər mənbələr hesabına formalaşacaq. Bu vəsaitlər sığorta ödənişlərinə, Dövlət Əməyin Mühafizəsi Fonduna ayırmalara, sosial müdafiə tədbirlərinə, ehtiyat fonduna və idarəetmə xərclərinə yönəldiləcək. Fond ayırmaları sığorta haqlarının 10%-i, idarəetmə xərcləri isə 5%-dək müəyyən edilib.

Dəyişikliklər 2026-cı il yanvarın 1-dən qüvvədədir.

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 m/s-dək çatıb - faktiki hava
Cəmiyyət 18:35
Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 m/s-dək çatıb - faktiki hava
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Cəmiyyət 17:11
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Ceyrançöldə mina partlayıb, ölən və yaralanan var
Cəmiyyət 17:09
Ceyrançöldə mina partlayıb, ölən və yaralanan var
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Cəmiyyət 16:59
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 15:52
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:40
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Cəmiyyət 14:50
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Cəmiyyət 12:48
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Cəmiyyət 12:30
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol