• $
  • €
  • ₽
  • ₺
  • £

BDYPİ-dən bölgələrə səfər edən və hərəkətdə olan sürücülərə müraciət

BDYPİ-dən bölgələrə səfər edən və hərəkətdə olan sürücülərə müraciət
02.01.2026 13:42

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) ölkənin bir sıra bölgələrində müşahidə olunan qar yağışı və şaxtalı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib.

Müraciətdə bildirilir ki, sürüşkən yol örtüyü, görünüş məsafəsinin məhdudlaşması və qəfil hava dəyişiklikləri avtomobil yollarında hərəkəti çətinləşdirir və yol-nəqliyyat hadisələri riskini artırır.

Qurumun təhlillərinə görə, qarlı hava şəraitində baş verən qəzaların əsas səbəblərindən biri mövsümə uyğun olmayan və ya aşınmış şinlərdən istifadədir.

BDYPİ sürücülərə zərurət olmadıqca uzunməsafəli və dağlıq ərazilərə səfərlərdən çəkinməyi, nəqliyyat vasitələrinin texniki sazlığını, xüsusilə şinlərin qış mövsümünə uyğunluğunu, diş dərinliyini və təzyiqini yoxlamağı tövsiyə edir.

Bildirilir ki, qarlı və sürüşkən yollarda yalnız qış şinlərindən istifadə edilməli, sürət yol və hava şəraitinə uyğun seçilməli, təhlükəsiz məsafə qorunmalıdır. Sürücülərə həmçinin yorğun və yuxusuz halda sükan arxasına əyləşməmək çağırışı edilir.

Məlumatda qeyd olunur ki, BDYPİ əməkdaşları bölgələrdə gücləndirilmiş rejimdə xidmət aparır, təhlükəli yol sahələrində nəzarət tədbirləri həyata keçirilir və sürücülərlə maarifləndirici söhbətlər davam etdirilir.

Qurum bir daha vurğulayıb ki, qarlı havada düzgün şin seçimi yol hərəkəti təhlükəsizliyinin əsas şərtlərindən biridir.

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 m/s-dək çatıb - faktiki hava
Cəmiyyət 18:35
Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 m/s-dək çatıb - faktiki hava
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Cəmiyyət 17:11
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Ceyrançöldə mina partlayıb, ölən və yaralanan var
Cəmiyyət 17:09
Ceyrançöldə mina partlayıb, ölən və yaralanan var
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Cəmiyyət 16:59
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 15:52
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:40
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Cəmiyyət 14:50
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Cəmiyyət 12:48
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Cəmiyyət 12:30
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol