• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda sosial şəbəkələrin ofisləri niyə yoxdur?

Azərbaycanda sosial şəbəkələrin ofisləri niyə yoxdur?
02.01.2026 13:25

Azərbaycanda sosial media platformalarının ofisləri açılmalıdır. Bunu Milli Məclisin deputatı Zahid Oruc Milli Məclisin iclasında çıxışı zamanı deyib.

Zahid Oruc vurğulayıb ki, sosial media şirkətlərinin Azərbaycanda rəsmi nümayəndəliklərinin açılması hökumət üçün prioritet məsələlərdən biri olmalıdır.

Orucun sözlərinə görə, “Made in Azerbaijan”, “Azad Söz” və digər onlayn kanallar da daxil olmaqla, müxtəlif qurum və şəxslər xarici platformalarda ölkə haqqında əsassız məlumatlar yayır.

“Avropa ölkələrinin bu sahədə təcrübəsini araşdırmışam və həmin ölkələrdə sosial media şirkətləri hökumət qurumları ilə birbaşa əməkdaşlıq aparırlar. Onlar hökumət binalarına dəvət olunaraq ofislərinin fəaliyyət göstərməsini təmin edirlər. Biz də bu yanaşmanı tətbiq edə bilərdik”, – deputat vurğulayıb.

Deputat bildirib ki, sosial media platformaları müəyyən şəxslər tərəfindən yönləndirilir və yanlış məlumatların qarşısının alınması üçün institusional yanaşma tələb olunur.

Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, sosial şəbəkələrin yerli ofislərinin açılması ölkədə bu platformalardan istifadəçi sayına əsaslanır.

“Adətən əhalisinin sayı çox olan ölkələrdə sosial şəbəkələrin yerli ofisləri fəaliyyət göstərir ki, bu da həm tənzimləmə, həm də iqtisadi baxımdan vacibdir. Ofislərin yaradılmasının rentabilliyi və digər meyarlar da nəzərə alınır”, – deputat söyləyib.

Media eksperti Qulu Məhərrəmli bildirib ki, sosial şəbəkələr əsasən virtual məkanda fəaliyyət göstərir və bütün proseslər elektron şəkildə reallaşır.

“Bəzi hallarda ofis açılsa da, bu həmişə uğurlu olmaya bilər. Nümunə olaraq Netflix və Wikipedia-nı misal göstərmək olar. Ofislərin açılması kommersiya, təşkilati və texniki faktorlarla bağlıdır və sosial şəbəkələrin fəaliyyətinə ciddi təsir göstərmir. Ofisin olması söz və ifadə azadlığının göstəricisi deyil. Əsas meyarlar istifadəçi sayı və reklam bazarının əhəmiyyətidir. Bu iki faktor ofisin açılmasında önəmli rol oynayır”, – ekspert vurğulayıb.

İT eksperti İbrahim Əbdüləzizli bildirib ki, böyük sosial və internet şəbəkələri əsasən o ölkələrdə lokal ofislər açırlar ki, oradakı istifadəçi bazası və onların rəqəmsal davranışları – məsələn, məhsul alıcılığı – şirkətlər üçün maraqlı olsun.

“Azərbaycanda istifadəçi sayı nisbətən az olduğu üçün böyük şəbəkələrin ofis açmaq marağı aşağıdır. İnternet istifadəçisi çox olan ölkələrdə isə platformalara sərt qadağalar və ya limitlər tətbiq edərək ofis açmağa məcbur edirlər. Azərbaycanda bu model hələ işləmir”, – o bildirib.

Hazırda Azərbaycanla qonşu ölkələrdən Rusiyada 2021-ci ildə xarici sosial şəbəkə şirkətlərini ölkədə fiziki ofis açmağa məcbur edən qanun imzalanıb. Bu qanun xarici “Big Tech” şirkətlərini Rusiyada ofis açmağa yönəldib. Amma Facebook və Instagram-ın rəsmi ofisləri Rusiyada fəaliyyət göstərmir və Rusiya hökuməti bu platformalara qarşı müxtəlif məhdudlaşdırmalar tətbiq edib.

Türkiyədə böyük sosial platformalar – Facebook, Instagram, YouTube, TikTok, LinkedIn və s. – regional ofislər və təmsilçiliklərlə bağlı birbaşa fəaliyyət göstərə bilirlər. LinkedIn-in ofisləri dünya üzrə 38 şəhərdə yerləşir və bu siyahıya Türkiyə ofisi də daxildir. YouTube və TikTok kimi platformalar da region üçün ofislər və əməkdaşlıq strukturlarına sahibdirlər. Türkiyə sosial media bazarı və reklam bazarı əhəmiyyətlidir.

Gürcüstanda böyük platformalar region səviyyəsində fəaliyyət göstərir, lakin fiziki ofislərin mərkəzləri adətən daha böyük bazarlarda yerləşir.

İran da xarici sosial platformalara məhdudiyyətlər tətbiq etdiyi üçün Facebook, Instagram və YouTube kimi böyük sosial şəbəkələrin orada rəsmi ofisləri yoxdur.

İstiqamət: 6.3.13. informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi;

Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi çərçivəsində hazırlanıb.

 

Aytac Zeynalova

 

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 m/s-dək çatıb - faktiki hava
Cəmiyyət 18:35
Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 m/s-dək çatıb - faktiki hava
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Cəmiyyət 17:11
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Ceyrançöldə mina partlayıb, ölən və yaralanan var
Cəmiyyət 17:09
Ceyrançöldə mina partlayıb, ölən və yaralanan var
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Cəmiyyət 16:59
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 15:52
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:40
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Cəmiyyət 14:50
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Cəmiyyət 12:48
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Cəmiyyət 12:30
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol