• $
  • €
  • ₽
  • ₺
  • £

ASCO-nun “Murovdağ” gəmisi Türkiyədə əsaslı təmirdən sonra istismara qaytarılıb

ASCO-nun “Murovdağ” gəmisi Türkiyədə əsaslı təmirdən sonra istismara qaytarılıb
06.01.2026 14:46

AZCON Holding-ə daxil olan ASCO-nun “Handysize” tipli “Murovdağ” gəmisi Türkiyənin “Özata” tərsanəsində əsaslı təmir edildikdən sonra yenidən istismara qaytarılıb. Bu barədə şirkət məlumat yayıb.

Təmir işləri Beynəlxalq Təsnifat Cəmiyyətləri Assosiasiyasının üzvü olan “RINA” Təsnifat Cəmiyyətinin nəzarəti altında aparılıb. Əsas və köməkçi mühərriklər, mexaniki və texniki sistemlər təmir edilərək tam testdən keçirilib.

ASCO bildirib ki, Balast Sularının İdarəetmə Sistemi üzrə beşillik təmir planı icra olunub və sistem ABŞ sularında istismar üçün modifikasiya edilib. Bu, gəmiyə dünya üzrə bütün sularda balast əməliyyatlarını məhdudiyyətsiz həyata keçirməyə imkan verir.

Beynəlxalq konvensiyaların tələblərinə uyğun olaraq yükqaldırma qurğuları, naviqasiya və emissiyalara nəzarət sistemləri yoxlanılıb və tam işlək vəziyyətdə olduğu təsdiqlənib. Gəminin göyərtəsi və anbar sahələri yenilənib, sualtı hissə mühafizəedici boya ilə örtülüb.

38 min ton yükgötürmə qabiliyyətinə malik “Murovdağ” gəmisinin ilk səfəri təmirdən sonra Misirdən ABŞ-yə planlaşdırılır. Gəminin maksimum sürəti 15,7 uzeldir.

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 m/s-dək çatıb - faktiki hava
Cəmiyyət 18:35
Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 m/s-dək çatıb - faktiki hava
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Cəmiyyət 17:11
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Ceyrançöldə mina partlayıb, ölən və yaralanan var
Cəmiyyət 17:09
Ceyrançöldə mina partlayıb, ölən və yaralanan var
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Cəmiyyət 16:59
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 15:52
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:40
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Cəmiyyət 14:50
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Cəmiyyət 12:48
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Cəmiyyət 12:30
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol