• $
  • €
  • ₽
  • ₺
  • £

Oğul atasını öskürdüyünə görə öldürüb

Oğul atasını öskürdüyünə görə öldürüb
06.01.2026 15:57

Bakıda atasını qətlə yetirməkdə təqsirləndirilən Murad Əmirovun cinayət işinin bəzi detalları məlum olub.

Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan edilib.

Akta əsasən, təqsirləndirilən şəxs 3 may 2025-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən, valideynləri ilə birgə yaşadığı birotaqlı evdə qəsdən adam öldürüb. 

Hadisə səhər saat 10 radələrində baş verib. Murad Əmirovun evdə yatdığı vaxt atası, zərərçəkmiş Nizami Əmirov otaqda öskürüb, var-gəl etməklə səs salıb və bu hal onun yuxudan oyanmasına səbəb olub. Bununla əlaqədar ata və oğul arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Mübahisə zamanı təqsirləndirilən şəxs atasına qarşı aqressiv davranaraq nalayiq ifadələr işlədib. Oğlunun bu davranışından narazı qalan zərərçəkmiş şəxs evin ona məxsus olduğunu bildirib və istədiyi kimi hərəkət edəcəyini deyib.

Mübahisə dərinləşdikdən sonra hadisəyə müdaxilə edən ana da Muradın aqressiyasına məruz qalıb. Təqsirləndirilən şəxs anasına fiziki zor tətbiq edərək onu itələyib və nalayiq ifadələr işlədib. Bu hal atasının daha da əsəbiləşməsinə səbəb olub. Nizami Əmirov həyətə çıxaraq orada olan küt metal əşyanı götürüb və təqsirləndirilən şəxsə bir neçə zərbə endirib, nəticədə ona yüngül dərəcəli bədən xəsarətləri yetirib.

İttihama görə, valideynləri tərəfindən edilən bu hərəkətlərdən sonra daha da aqressivləşən Murad qisas almaq niyyəti ilə atasını öldürmək qərarına gəlib. O, mətbəxdən bıçağı götürərək evdən həyətə çıxıb. Anası onun əlində bıçaq gördükdə, baş verə biləcək təhlükə barədə atasını xəbərdar edib.

Nizami Əmirov vəziyyəti anlayaraq qaçmağa çalışsa da, təqsirləndirilən şəxs onun arxasınca gedərək darvazanın qarşısında yaxalayıb və həyat üçün təhlükəli olan müxtəlif nahiyələrdən ardıcıl bıçaq zərbələri endirib. Nəticədə zərərçəkmiş şəxsə döş və qarın boşluğuna nüfuz edən ağır xəsarətlər yetirilib, çoxlu qan itkisi baş verib və o, hadisə yerində ölüb.

Məhkəmənin hökmünə əsasən, Murad Əmirov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 m/s-dək çatıb - faktiki hava
Cəmiyyət 18:35
Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 m/s-dək çatıb - faktiki hava
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Cəmiyyət 17:11
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Ceyrançöldə mina partlayıb, ölən və yaralanan var
Cəmiyyət 17:09
Ceyrançöldə mina partlayıb, ölən və yaralanan var
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Cəmiyyət 16:59
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 15:52
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:40
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Cəmiyyət 14:50
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Cəmiyyət 12:48
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Cəmiyyət 12:30
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol