• $
  • €
  • ₽
  • ₺
  • £

DYP dumanlı hava şəraiti ilə bağlı sürücülərə və piyadalara müraciət edib

DYP dumanlı hava şəraiti ilə bağlı sürücülərə və piyadalara müraciət edib
06.01.2026 21:22

Baş Dövlət Yol Polisi İdarəsi dumanlı hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına çağırış edib.

Bildirilib ki, hazırda ölkə ərazisinin bəzi hissələrində müşahidə olunan dumanlı hava görünüş məsafəsini kəskin şəkildə azaldır və yol-nəqliyyat hadisələri riskini artırır.Bu şəraitdə həm sürücülərin, həm də piyadaların diqqətli və məsuliyyətli davranışı həyati əhəmiyyət daşıyır.

İdarə sürücülərə duman faralarının və işıqlandırma sistemlərinin sazlığını yoxlamağı, sürət həddini görünüş məsafəsinə uyğun seçməyi, qəfil manevrlərdən və ötmələrdən çəkinməyi və öndəki nəqliyyat vasitəsi ilə təhlükəsiz məsafə saxlamasını tövsiyə edib. Ehtiyac olmadıqda dumanlı hava şəraitində səfərlərin təxirə salınması da vurğulanıb. Qəza və dayanma zamanı qəza işıqları və xəbərdaredici nişanlardan istifadə etmək məsləhət görülüb.

Piyadalara isə yolun yalnız müəyyən edilmiş piyada keçidlərindən keçmək, qaranlıq və dumanlı havada açıq və ya işıqəks etdirən geyimlərdən istifadə etmək, yolun hərəkət hissəsinə qəfil çıxmamaq tövsiyə olunub. Qeyd edilib ki, dumanlı havada sürücülərin piyadaları vaxtında görməsi çətinləşir.

BDYPİ bir daha bütün hərəkət iştirakçılarını diqqətli olmağa çağırıb və bildirib ki, bir anlıq ehtiyatsızlıq geri dönüşü olmayan nəticələrə səbəb ola bilər.

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 m/s-dək çatıb - faktiki hava
Cəmiyyət 18:35
Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 m/s-dək çatıb - faktiki hava
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Cəmiyyət 17:11
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Ceyrançöldə mina partlayıb, ölən və yaralanan var
Cəmiyyət 17:09
Ceyrançöldə mina partlayıb, ölən və yaralanan var
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Cəmiyyət 16:59
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 15:52
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:40
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Cəmiyyət 14:50
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Cəmiyyət 12:48
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Cəmiyyət 12:30
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol