• $
  • €
  • ₽
  • ₺
  • £

Ötən il 46 nəfər zəhərlənmədən ölüb

Ötən il 46 nəfər zəhərlənmədən ölüb
07.01.2026 09:19

2025-ci ildə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 1 188 nəfər müraciət edib. Bu barədə qurumdan bildirilib 

Tibbi yardım nəticəsində 1 142 pasiyentin vəziyyəti stabilləşdirilib və onlar ambulator müalicə üçün evə buraxılıb.

Zəhərlənmələr- dərman preparatları – 495 nəfər, sirkə turşusu – 352 nəfər, ilan sancması – 78 nəfər, dəm qazı – 66 nəfər,  allergik reaksiyalar – 65 nəfər, fosfor üzvi birləşmələri – 40 nəfər, spirtli içkilər – 22 nəfər olub. 

Bundan əlavə, rodentisidlər, həşərat və kimyəvi maddələr, yandırıcı və həlledici məhlullar, tüstü, neft məhsulları, yabani bitkilər və inhalyasion zəhərlənmələr üzrə də müraciətlər qeydə alınıb.

Hesabat ilində 46 nəfərin (32 kişi, 14 qadın) həyatını xilas etmək mümkün olmayıb. Ölüm hallarının əsas səbəbi dərman və sirkə turşusu ilə zəhərlənmə nəticəsində yaranan ağır toksik vəziyyətlər olub.

Gülnar 

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 m/s-dək çatıb - faktiki hava
Cəmiyyət 18:35
Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 m/s-dək çatıb - faktiki hava
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Cəmiyyət 17:11
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Ceyrançöldə mina partlayıb, ölən və yaralanan var
Cəmiyyət 17:09
Ceyrançöldə mina partlayıb, ölən və yaralanan var
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Cəmiyyət 16:59
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 15:52
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:40
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Cəmiyyət 14:50
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Cəmiyyət 12:48
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Cəmiyyət 12:30
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol