• $
  • €
  • ₽
  • ₺
  • £

Amnistiya aktı çərçivəsində 3 846 məhkum barəsində qərar icra olunub

Amnistiya aktı çərçivəsində 3 846 məhkum barəsində qərar icra olunub
08.01.2026 10:47

“Konstitusiya və Suverenlik İli” münasibətilə elan edilmiş amnistiya ilə bağlı Milli Məclisin 19 dekabr 2025-ci il tarixli qərarı 22 dekabr–7 yanvar tarixlərində 3 846 məhkum barəsində tətbiq olunub. Bu barədə Ədliyyə Nazirliyi məlumat verib.

Nazirliyin açıqlamasına görə, amnistiya çərçivəsində 1 799 nəfər müəyyən müddətə azadlıqdan məhrumetmə, 1 764 nəfər isə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzalardan azad edilib. Bundan əlavə, 250 nəfərin azadlıqdan məhrumetmə, 33 nəfərin isə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaları altı ay azaldılıb.

Cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərdən Vətən müharibəsində iştirak etdiyinə görə 2 nəfər, amnistiya qərarının qüvvəyə mindiyi tarixədək 60 yaşına çatdığı üçün isə 8 nəfər cəzadan azad olunub.

Rəsmi statistikaya əsasən, amnistiya tətbiq edilən şəxslərdən 367-si böyük ictimai təhlükə törətməyən, 2 992-si az ağır, 487-si isə ağır cinayətlərə görə məhkum olunmuş şəxslərdir. Onların 3 625-i kişi, 210-u qadın, 11-i isə yetkinlik yaşına çatmayan şəxslərdir.

Amnistiya aktının elan edilməsi təşəbbüsü Prezident İlham Əliyev tərəfindən irəli sürülüb və Milli Məclis tərəfindən təsdiqlənib.

Sənəd Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19–20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslərə və onların yaxın qohumlarına, həmçinin qadınlara, 60 yaşdan yuxarı şəxslərə, cinayət törədərkən yetkinlik yaşına çatmayanlara və digər kateqoriyalara şamil edilir.

Amnistiyaya əsasən, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlərə görə, habelə ehtiyatsızlıqdan cinayət törətmiş şəxslərin bir hissəsi cəzadan azad ediləcək və ya cəzalarının çəkilməmiş hissəsi azaldılacaq.

Bu amnistiyanın tətbiq ediləcəyi şəxslərin sayına görə ölkə tarixində ən genişmiqyaslı amnistiya olacağı gözlənilir. Ümumilikdə 20 mindən çox şəxsin amnistiyadan yararlanacağı, o cümlədən 5 mindən çox məhkumun azadlıqdan məhrumetmə cəzasından azad ediləcəyi, 3 mindən artıq şəxsin cəzasının azaldılacağı proqnozlaşdırılır.

Gülnar Nazimqızı 

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 m/s-dək çatıb - faktiki hava
Cəmiyyət 18:35
Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 m/s-dək çatıb - faktiki hava
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Cəmiyyət 17:11
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Ceyrançöldə mina partlayıb, ölən və yaralanan var
Cəmiyyət 17:09
Ceyrançöldə mina partlayıb, ölən və yaralanan var
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Cəmiyyət 16:59
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 15:52
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:40
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Cəmiyyət 14:50
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Cəmiyyət 12:48
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Cəmiyyət 12:30
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol