• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda yol qəzasında xəsarət alan 10 yaşlı uşağın vəziyyəti stabildir – klinika

Bakıda yol qəzasında xəsarət alan 10 yaşlı uşağın vəziyyəti stabildir – klinika
08.01.2026 14:19

Bakının Səbail rayonunda, Azərbaycan prospekti ilə Əhməd Cavad küçəsinin kəsişməsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı səkidə olarkən üzərinə yol nişanı aşan 10 yaşlı Sərxanın səhhəti stabildir və o, reanimasiya şöbəsindən palataya köçürülüb. Bu barədə Mərkəzi Klinikadan Oxu.Az-ın sorğusuna cavab olaraq məlumat verilib.

Klinikanın açıqlamasına görə, xəstə yeddi gündür ayıq vəziyyətdə müşahidə olunur, şüuru açıqdır, verilən göstərişlərə əməl edir və ətraf mühitlə əlaqəsi mövcuddur. Ona fizioterapiya və reabilitasiya tədbirləri başlanılıb, intensiv terapiya ehtiyacı qalmadığı üçün palataya köçürülüb.

“Palatada reabilitasiya məşqləri davam etdirilir, xəstənin fasilələrlə yeridilməsinə başlanılıb. Reabilitasiya müddəti klinik vəziyyətdən və müalicəyə reaksiyadan asılı olacaq. Proses yaxından izlənilir və uzunmüddətli perspektivdə tam sağalma gözlənilir,” – klinikanın açıqlamasında deyilir.

Bundan əvvəl bəzi media orqanlarında uşağın komadan ayılsa da, heç kimi tanımadığı və bədəninin bəzi hissələrini hərəkət etdirə bilmədiyi iddia edilmişdi.


Hadisə dekabrın 25-də Bakının Azərbaycan prospekti ilə Əhməd Cavad küçəsinin kəsişməsində baş verib. Polis və müvafiq qurumlar qəzanın səbəbləri ilə bağlı araşdırmanı davam etdirir.

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 m/s-dək çatıb - faktiki hava
Cəmiyyət 18:35
Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 m/s-dək çatıb - faktiki hava
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Cəmiyyət 17:11
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Ceyrançöldə mina partlayıb, ölən və yaralanan var
Cəmiyyət 17:09
Ceyrançöldə mina partlayıb, ölən və yaralanan var
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Cəmiyyət 16:59
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 15:52
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:40
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Cəmiyyət 14:50
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Cəmiyyət 12:48
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Cəmiyyət 12:30
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol