• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistan Azərbaycanla qarşılıqlı maraq doğuran məhsulların siyahılarını mübadilə edir

Ermənistan Azərbaycanla qarşılıqlı maraq doğuran məhsulların siyahılarını mübadilə edir
08.01.2026 14:31

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycandan benzin idxalı ilə bağlı razılaşmanın detalları barədə açıqlama verərək bildirib ki, məsələ hökumətlərarası səviyyədə müzakirə olunub və kommersiya əsaslı yanaşma tətbiq edilib.

Paşinyanın sözlərinə görə, baş nazir müavinlərinin görüşü zamanı Azərbaycan Baş nazirinin müavini Azərbaycanın neft məhsullarını satmağa hazır olduğunu bəyan edib. Bunun ardınca Ermənistan hökuməti bazar imkanlarını araşdıraraq bu məlumatı siyasi məqsədlər güdməyən iş adamlarının diqqətinə çatdırıb.

“Biz dedik ki, belə bir imkan var. Hökumət heç kimi Azərbaycandan benzin almağa məcbur etmir. Hər iki tərəfin şirkətləri arasında əlaqələr qurulub,” – Paşinyan bildirib.

Baş nazir qeyd edib ki, ilk idxal partiyası zamanı boykot halları müşahidə olunub və bəzi satış şəbəkələri həmin benzini satmaqdan imtina ediblər. Onun sözlərinə görə, bu vəziyyət ilkin mərhələdə mövcud olan narahatlıqların əsaslı olduğunu göstərib.

“İndi isə düşünürəm ki, bazarın açıq olduğu və bu fürsətdən istifadə etmək istəyən hər kəsin yararlana biləcəyi daha aydın olacaq,” –  Paşinyan əlavə edib.

Paşinyan həmçinin digər malların ticarəti perspektivlərinə toxunaraq bildirib ki, hazırda Ermənistan və Azərbaycan tərəfləri qarşılıqlı maraq doğuran məhsulların siyahılarını mübadilə edir.

“Proses davam edir. İlkin siyahılar mübadilə olunub, araşdırmalar aparılır. Konkret nəticələr olduqda bu barədə məlumat veriləcək,” –  o vurğulayıb.


Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin tərkib hissəsi kimi iqtisadi və ticarət əlaqələrinin mümkün bərpası son aylarda tərəflər arasında aparılan danışıqlarda gündəmdədir

Gülnar 

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 m/s-dək çatıb - faktiki hava
Cəmiyyət 18:35
Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 m/s-dək çatıb - faktiki hava
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Cəmiyyət 17:11
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Ceyrançöldə mina partlayıb, ölən və yaralanan var
Cəmiyyət 17:09
Ceyrançöldə mina partlayıb, ölən və yaralanan var
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Cəmiyyət 16:59
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 15:52
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:40
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Cəmiyyət 14:50
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Cəmiyyət 12:48
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Cəmiyyət 12:30
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol