• $
  • €
  • ₽
  • ₺
  • £

Mübariz Mənsimov haqqında yayılan iddialara cavab verib

Mübariz Mənsimov haqqında yayılan iddialara cavab verib
09.01.2026 13:15

Türkiyədə “Ekol TV”nin maliyyə mənbələri ilə bağlı istintaq aparılır. Kanalın qanunsuz mərc və cinayət yolu ilə əldə edilmiş əmlakın yuyulması iddiaları araşdırılır.

Bəzi Türkiyə və Azərbaycan saytlarında təqsirləndirilən şəxslər sırasında iş adamı, “Palmali”nin sahibi Mübariz Mənsimovun adı təqsirləndirilən şəxs qismində çəkilir. 

Mübariz Mənsimov açıqlamasında bildirib ki, Ekol TV ilə heç bir əlaqəsi yoxdur və xəbərləri qəti şəkildə təkzib edir.

"Bir sıra yazılı və vizual mediada Ekol TV adlı televiziya kanalı ilə bağlı mənim haqqımda yayılan xəbərlər həqiqəti əks etdirmir. Adı çəkilən televiziya kanalı ilə mənim heç bir əlaqəm yoxdur. Belə iftiraya yönəlmiş iddia və xəbərlər keçmişdə də yayımlanıb. Şəxsimi gözdən salmaq məqsədilə ortaya atılan bu iddiaları  qəti şəkildə pisləyirəm", - o açıqlamasında bildirib. 

Mətbuatda adı çəkilən xəbərdə təqsirli şəxs qismində Veysel Şahin (əsas şübhəli), "Ekol TV"nin İdarə Heyətinin sədri Emrah Doğru, İdarə Heyətinin üzvü Arif Çətin və vəkil Ersan Şen də adları çəkilir. 

Aytac 

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 m/s-dək çatıb - faktiki hava
Cəmiyyət 18:35
Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 m/s-dək çatıb - faktiki hava
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Cəmiyyət 17:11
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Ceyrançöldə mina partlayıb, ölən və yaralanan var
Cəmiyyət 17:09
Ceyrançöldə mina partlayıb, ölən və yaralanan var
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Cəmiyyət 16:59
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 15:52
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:40
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Cəmiyyət 14:50
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Cəmiyyət 12:48
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Cəmiyyət 12:30
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol