• $
  • €
  • ₽
  • ₺
  • £

BDYPİ sürücülərə hava şəraiti ilə bağlı xəbərdarlıq edib

BDYPİ sürücülərə hava şəraiti ilə bağlı xəbərdarlıq edib
13.01.2026 10:03

Qarşıdakı günlərdə Azərbaycanda hava şəraitinin dəyişəcəyi, yağıntı və duman səbəbindən yollarda görünüş məsafəsinin məhdudlaşacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib. 

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) əlverişsiz hava şəraitini nəzərə alaraq yol hərəkəti iştirakçılarını diqqətli olmağa və təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırıb.

BDYPİ-nin xəbərdarlığında sürücülərə hərəkət sürətini yol və hava şəraitinə uyğun seçmək, təhlükəsiz ara məsafəsini qorumaq, kəskin manevr və qəfil əyləcləmələrdən çəkinmək tövsiyə olunub. Bildirilib ki, nəqliyyat vasitələrinin faraları, şüşələri və işıq siqnalları saz vəziyyətdə olmalı, yaxın və gabarit işıqları daim yanılı saxlanılmalıdır.

Qurum əlavə edib ki, görünüş məsafəsi kəskin azaldıqda duman əleyhinə işıqlardan yalnız zərurət olduqda istifadə edilməli, uzaq işıqlar isə qarşıdan gələn sürücülərin görmə qabiliyyətini zəiflətdiyi üçün əsassız şəkildə yandırılmamalıdır.

Xəbərdarlıqda piyadalara da çağırış edilib: məhdud görünmə şəraitində yolu yalnız müəyyən edilmiş keçidlərdən keçmək və daha ehtiyatlı davranmaq tövsiyə olunur.

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 m/s-dək çatıb - faktiki hava
Cəmiyyət 18:35
Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 m/s-dək çatıb - faktiki hava
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Cəmiyyət 17:11
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Ceyrançöldə mina partlayıb, ölən və yaralanan var
Cəmiyyət 17:09
Ceyrançöldə mina partlayıb, ölən və yaralanan var
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Cəmiyyət 16:59
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 15:52
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:40
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Cəmiyyət 14:50
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Cəmiyyət 12:48
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Cəmiyyət 12:30
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol