• $
  • €
  • ₽
  • ₺
  • £

Ali Məhkəmə müflis bankla bağlı ödəmə tapşırıqları üzrə vahid təcrübə müəyyən edib

Ali Məhkəmə müflis bankla bağlı ödəmə tapşırıqları üzrə vahid təcrübə müəyyən edib
13.01.2026 10:10

Ali Məhkəmənin Kommersiya kollegiyası müflis elan olunmuş bankla bağlı ödəmə tapşırıqlarından irəli gələn mübahisələr üzrə vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.

İş iddiaçı ASC-nin cavabdeh banka təqdim etdiyi ödəmə tapşırıqlarının icra edilməməsi ilə bağlıdır. Birinci instansiya məhkəməsi iddianı qiyabi qətnamə ilə təmin edib, lakin sonradan cavabdeh bankın müflis elan olunması əsas gətirilərək qiyabi qətnamə ləğv edilib və iş üzrə icraata xitam verilib.

Birinci və apellyasiya instansiya məhkəmələri bu mövqeni bankın müflis elan olunmasından sonra bütün məhkəmə icraatlarının dayandırılması və tələblərin yalnız iflas proseduru çərçivəsində irəli sürülməsi ilə əsaslandırmışdı.

Ali Məhkəmə isə qərara alıb ki, müflis banka qarşı iddialar iki qrupa bölünür: birincisi, bankın kreditor tələbləri ilə bağlı iddialar, ikincisi isə bank fəaliyyəti və hüquqi şəxs kimi hüquq qabiliyyətindən irəli gələn mübahisələr. Yalnız birinci qrup iflas proseduru çərçivəsində baxılmalı, ikinci qrup isə ümumi iddia icraatı qaydasında araşdırılmalıdır.

Məhkəmə müəyyən edib ki, baxılan iş bankın kreditor tələbləri ilə bağlı deyil, iddiaçının öz hesablarında olan vəsaitlərin icra edilməmiş ödəmə tapşırıqları ilə əlaqədardır və həmin tapşırıqlar verildiyi vaxt bank hələ müflis elan olunmayıb. Bu səbəbdən iddiaçının tələbləri “Banklar haqqında” Qanunun müvafiq maddələri ilə tənzimlənir.

Nəticədə Ali Məhkəmə apellyasiya instansiyasının qərarını ləğv edib və ASC-nin kassasiya şikayətini təmin edib.

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 m/s-dək çatıb - faktiki hava
Cəmiyyət 18:35
Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 m/s-dək çatıb - faktiki hava
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Cəmiyyət 17:11
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Ceyrançöldə mina partlayıb, ölən və yaralanan var
Cəmiyyət 17:09
Ceyrançöldə mina partlayıb, ölən və yaralanan var
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Cəmiyyət 16:59
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 15:52
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:40
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Cəmiyyət 14:50
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Cəmiyyət 12:48
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Cəmiyyət 12:30
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol