• $
  • €
  • ₽
  • ₺
  • £

Dünya Bankı Azərbaycanın 2026-2027-ci illər üçün iqtisadi artım proqnozlarını açıqlayıb

Dünya Bankı Azərbaycanın 2026-2027-ci illər üçün iqtisadi artım proqnozlarını açıqlayıb
13.01.2026 22:58

Dünya Bankı Azərbaycanın ÜDM-nin 2026-cı ildə 1,8 %, 2027-cı ildə isə 1,7 % artacağını proqnozlaşdırır.

Bu barədə bankın "Qlobal İqtisadi Perspektivlər" hesabatının yanvar buraxılışında qeyd olunub. Proqnozlar oktyabr qiymətləndirmələri ilə müqayisədə dəyişməz qalıb.

Bankın hesablamalarına görə, 2025-ci ildə Azərbaycan iqtisadiyyatı 1,9 % artıb.

Dünya Bankının proqnozlarına əsasən, Cənubi Qafqaz ölkələrinin ümumi ÜDM artımı 2026-cı ildə 3,3 %, 2027-ci ildə isə 3,1 % səviyyəsində olacaq.

Hesabatda qeyd olunub ki, Azərbaycanda iqtisadi fəallıq karbohidrogen hasilatının azalması, dünya neft qiymətlərinin düşməsi və büdcə siyasətinin sərtləşməsi ilə məhdudlaşacaq. Ermənistan və Gürcüstanda yüksək baza səviyyəsindən sonra iqtisadi fəallığın normallaşması ilə özəl istehlakın yavaşlaması gözlənilir, pul köçürmələrinin zəifləməsi və ixrac gəlirlərinin azalması isə cari hesablara təzyiq göstərəcək.

Azərbaycan İqtisadiyyat Nazirliyi 2026-cı ildə ÜDM-in 2,9 %, 2027-ci ildə isə 3,3 % artımını proqnozlaşdırır.

Beynəlxalq reytinq agentliklərinin qiymətləndirmələri fərqlənir: "S&P Global" 2026-cı ildə 2 %, "Fitch Ratings" - 2,5 %, "Moody's" - 2,5 % artım gözləyir.

Asiya İnkişaf Bankı 2026-cı ildə Azərbaycan iqtisadiyyatının 2 %, Avropa Yenidənqurma və İnkişaf Bankı - 2,5 %, "ING Group" isə 2026-cı ildə 2,8 % və 2027-ci ildə 2 % artımını proqnozlaşdırır.

BMT-nin qiymətləndirmələrinə görə, Azərbaycanın iqtisadi artımı 2026-cı ildə 2,7 %, 2027-ci ildə isə 2,6 % təşkil edəcək.

2024-cü ildə Azərbaycan iqtisadiyyatı 4,1 %, 2025-ci ilin yanvar-noyabr aylarında isə 1,6 % artıb.

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Cəmiyyət 17:11
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Ceyrançöldə mina partlayıb, ölən və yaralanan var
Cəmiyyət 17:09
Ceyrançöldə mina partlayıb, ölən və yaralanan var
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Cəmiyyət 16:59
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 15:52
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:40
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Cəmiyyət 14:50
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Cəmiyyət 12:48
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Cəmiyyət 12:30
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol