• $
  • €
  • ₽
  • ₺
  • £

Sosial şəbəkələrdə onlayn dələduzluq: 23 yaşlı şəxs saxlanılıb

Sosial şəbəkələrdə onlayn dələduzluq: 23 yaşlı şəxs saxlanılıb
14.01.2026 13:17

Daxili İşlər Nazirliyi (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi sosial şəbəkələrdə istifadəçilərin adlarından saxta profillər yaradaraq onlayn dələduzluq edən şəxsi saxlayıb.

Əməliyyat zamanı əvvəllər dəfələrlə məhkum olunmuş 23 yaşlı Zaur Teymurxanov müəyyən edilib. Araşdırmalar göstərir ki, o, istifadəçilərin profil şəkillərini götürərək saxta hesablar yaradıb və həmin şəxslərin dost siyahısında olan insanlara guya bank kampaniyaları ilə bağlı mesajlar göndərərək kart məlumatları və “OTP” kodlarını əldə edib.

DİN-in məlumatına görə, Teymurxanovun əməli nəticəsində təxminən 150 vətəndaşa maddi ziyan dəyib. O, ələ keçirdiyi vəsaiti xarici onlayn alış-veriş platformalarına yönləndirərək şəxsiyyətini gizlətməyə çalışıb.

Faktla bağlı cinayət işi açılıb və Teymurxanov barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.

Polis vətəndaşlara xəbərdarlıq edib ki, bank əməkdaşları heç bir halda kart məlumatları, PIN və OTP kodları tələb etmir. Belə müraciətlərlə qarşılaşan şəxslərə əlaqəni dərhal dayandırmaq və polisə məlumat vermək tövsiyə olunur.

Aytac 

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Cəmiyyət 17:11
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Ceyrançöldə mina partlayıb, ölən və yaralanan var
Cəmiyyət 17:09
Ceyrançöldə mina partlayıb, ölən və yaralanan var
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Cəmiyyət 16:59
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 15:52
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:40
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Cəmiyyət 14:50
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Cəmiyyət 12:48
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Cəmiyyət 12:30
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol